ABŞ qırıcıları Trampın iqamətgahının yaxınlığında təyyarəni ələ keçirib
30 Mart 2026
ABŞ-nin F-16 qırıcı təyyarələri Prezident Donald Trampın Floridadakı iqamətgahının yaxınlığında uçuş qadağasını pozan mülki təyyarəni ələ keçirib.
Bu barədə Şimali Amerikanın Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
"NORAD-ın F-16 qırıcı təyyarələri 29 martda Palm-Biç üzərində mülki uçuş aparatını ələ keçirib. O, müvəqqəti uçuş məhdudiyyəti zonasını pozub", - bəyanatda deyilir.
Qeyd olunur ki, təyyarə zonadan təhlükəsiz şəkildə çıxarılıb və qırıcı təyyarələr pilotun diqqətini cəlb etmək üçün istilik tələlərini tətbiq ediblər.
Bununla yanaşı, CBS-nin məlumatına görə, həmin gün Palm-Biç hava limanına pilotsuz təyyarə yaxınlaşıb və bu da onun əməliyyatlarının müvəqqəti dayandırılmasına səbəb olub.
Hadisə həmin vaxt qolf klubunda olan Donald Trampın planlarına təsir etməyib.