Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ: İranlılar Rusiya ordusuna birbaşa kömək edirlər

İranlılardan ibarət heyət Rusiyanın ilhaq etdiyi Krımda Rusiya ordusunun Ukraynaya dron zərbələrində birbaşa iştirak edir.

Bunu oktyabrın 20-də Ağ Ev bildirib.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Körbi jurnalistlərə deyib ki, İran dronların idarə edilməsində Rusiya qüvvələrinə texniki dəstək üçün Krıma təlimatçılar və müşavirlərdən ibarət kiçik qrup göndərib.

Onun sözlərinə görə, Tehran artıq Ukrayna torpağında Ukrayna mülkilərinə və infrastrukturuna hücumlarda birbaşa iştirak edir: "Birləşmiş Ştatlar İranın Ukrayna xalqına qarşı işlədilən silahlarını ifşa və dəf etmək, habelə qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəkdir”.

Körbi əlavə edib ki, ABŞ habelə Rusiya və İranın silah ticarəti üzərinə bütün sanksiyalarının qətiyyətlə tətbiq olunmasını təmin edəcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Tehrana iyul ayında səfər etmişdi. ABŞ o vaxt bildirmişdi ki, Rusiya İrandan Ukrayna müharibəsində istifadə etmək üçün PUA-lar almağa çalışır.

İran Rusiyaya silah verməsini təkzib etmişdi.

Artıq Aİ Rusiyaya dronlar verdiyinə görə İrana sanksiyalar elan edir

Avropa İttifaqına üzv ölkələr Rusiyanı kamikadze dronları ilə təchiz etdiyinə görə İrana qarşı cəzalandırıcı tədbirlərlə bağlı razılığa gəliblər.

Bu barədə məlumatı oktyabrın 20-də Aİ prezidentliyinin rotasiyalı başçısı Çexiya verib.

Bu barədə yazılmış tvitdə deyilir:

"Aİ səfirləri Ukrayna üzərinə hücumlar üçün İran dronları verən vahidlərə qarşı cəzalandırıcı tədbirlər barədə razılığa gəliblər. Aİ ölkələri dronların təchizatı ilə bağlı olan üç fərdin və bir vahidin aktivlərinin dondurulmasına və sanksiya siyahısında bundan əvvəl olan daha dörd İran qurumuna qarşı sanksiyaların uzadılmasına dair qərar qəbul ediblər”.

Sanksiyalar Aİ-nin rəsmi nəşrində dərc olunan kimi, yəni oktyabrın 20-də qüvvəyə minəcək.