ABŞ-İran razılaşması barədə xəbərlər xarici valyutaları və qızılı ucuzlaşdırıb
16 İyun 2026
ABŞ və İran arasında Anlaşma Memorandumunun (MoU) imzalanmasına dair çərçivə razılaşması elan ediləndən sonra xarici valyutaların və qızılın qiymətləri düşüb.
ABŞ Prezidenti Donald Tramp iyunun 15-də sosial şəbəkədə paylaşımında bildirib ki, “İran İslam Respublikası ilə razılaşma artıq tamamlanıb”.
Bundan əvvəl ABŞ-İran razılaşmasının əsas vasitəçilərindən olan Pakistanın baş naziri Şahbaz Şərif açıqlamışdı ki, İran və ABŞ arasında imzalanma mərasimi iyunun 19-da Cenevrədə keçiriləcək.
AzadlıqRadiosunun Radio Fərda fars xidməti açıq bazarda valyuta məzənnələrini və qızıl qiymətlərini izləyən saytların məlumatlarına istinadla xəbər verib ki, iyunun 15-də ABŞ dollarının məzənnəsi 162 min tüməndən aşağı düşüb.
Bu, cəmi bir gün ərzində təxminən 10 min tümən ucuzlaşma deməkdir. Bundan əvvəl dollar təxminən 171 min tümən səviyyəsində ticarət olunurdu.
Radio Fərda-nın məlumatına görə, açıq bazarda digər xarici valyutaların dəyərində də azalma qeydə alınıb.