ABŞ-ın Rusiyaya qarşı yeni planları
25 Yanvar 2022
ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putinin qonşu dövlətlərə təhdidlərinə cavab olaraq Şərqi Avropaya qoşun, döyüş təyyarələri və gəmiləri göndərə bilər. “Nyu-York Tayms” qəzeti yazıb.
Qəzet bildirib ki, Bayden administrasiyasının planında Rusiya ilə həmsərhəd olan Litva, Estoniya və Latviyaya 5 minədək hərbçinin göndərilməsi məsələsi var. Adıçəkilən hər üç keçmiş sovet respublikası NATO üzvüdür.
“Nyu-York Tayms”ın yazdığına görə, Avropada təhlükəsizliklə bağlı durum pisləşsə, daha doğrusu, hazırda Ukrayna ilə sərhədə 100 minlik qoşun yığmış Rusiya bu ölkəyə növbəti hərbi müdaxiləyə qərar versə, ABŞ hərbçilərin sayını 5 mindən 50 min nəfərədək artıra da bilər.
Məlumata görə, Pentaqon rəsmiləri bu planı Baydenə ötən həftənin sonu Kemp-Deviddə keçirilən toplantıda təqdim ediblər. Həmin toplantıda Moskvanı Ukraynanın işğalından çəkindirmək üçün Vaşinqtonun etdiyi xəbərdarlıqlar səmərəsiz qalacağı təqdirdə mümkün hərbi variantların işə salınması müzakirə olunub.
“Nyu-York Tayms” Pentaqon rəsmilərinin planında ABŞ qoşunlarının birbaşa Ukraynada yerləşdirilməsi məsələsinin olmadığını vurğulayıb. Qəzetin yazdığına görə, ötən il ABŞ qoşunları Əfqanıstandan çıxarılarkən baş vermiş faciəvi hadisələrdən sonra Bayden birbaşa yeni hərbi münaqişəyə girmək istəmir.
“Vaşinqton Post” qəzeti Bayden administrasiyasının başqa planı haqda da xəbər yayıb. Xəbərə görə, Moskva Ukraynaya qoşun yeritsə, Vaşinqton Rusiyada süni intellekt, kvant hesablamaları, aerokosmos və digər bu kimi sahələri iflic edə biləcək yeni ixrac qadağalarından istifadə etməyi də nəzərdə tutub.
ABŞ yeni ixrac sanksiyaları zamanı mülki aviasiya, gəmiçilik və yüksək texnologiyalar sənayesində mühüm əhəmiyyət kəsb edən ehtiyat hissələrin, o cümlədən mikroçiplərin Rusiyaya satışını dayandıra bilər.
Administrasiya həmçinin ABŞ-dan Rusiyaya smartfon, planşet və oyun aparatlarının idxalının qarşısını almaq üçün indiyə qədər bəyan etdiyindən daha sərt yasaqlara əl ata bilər.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.
2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib. Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləyib. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.
2021-ci ilin dekabr ayının 17-də Rusiya ABŞ-dan və NATO-dan Ukraynanın NATO-ya qəbul edilməyəcəyi, keçmiş sovet respublikaları ərazisində hərbi bazalar yaradılmayacağı barədə rəsmi zəmanət istəyib. 2022-ci il yanvarın 10-13-də Cenevrə, Brüssel və Vyana şəhərlərində Rusiya ilə aparılan danışıqlarda ABŞ və NATO bu tələbi rədd edib.
ABŞ-ın dövlət katibi Entoni Blinken yanvarın 19-da Avropa səfərinə çıxıb. Bu səfər birbaşa Ukrayna böhranı ilə bağlı olub. Səfərin ilk günündə dövlət katibi Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Yanvarın 20-də Blinken Berlində Almaniya, Fransa, Böyük Britaniya rəsmiləri ilə, yanvarın 21-də isə Cenevrdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş keçirib.
Sergey Lavrovla görüşdən sonra “NBC News” kanalına müsahibəsində Entoni Blinken deyib ki, Qərb hökumətlərinin səylərinə baxmayaraq, Moskva hələ də Ukraynanı işğal etməyə cəhd göstərə bilər.
CNN kanalına müsahibəsində isə Blinken ABŞ ordusunun gərginləşən münaqişədə iştirakının mümkünlüyünü də istisna etməyib.
Hərbi müdaxilənin nə zaman baş verə biləcəyini açıqlamayan Blinken “Kiyev ən azı yaxın dövrlərdə təhlükəsiz hesab oluna bilərmi” sualına belə cavab verib: “Biz vəziyyəti günbəgün, saatbasaat izləyirik”.
Dövlət katibi onu da deyib ki, qlobal reaksiyanın işə düşməsi üçün Rusiyanın bir əsgərinin belə sərhədi keçməsi kifayətdir. (Novator)