ABŞ-ın "B-52", Rusiyanın isə “Tu-22M3” təyyarəsi qəzaya uğrayıb
16 İyun 2026
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52 Stratofortress" strateji bombardmançısı Kaliforniya ştatında yerləşən Edvards Hərbi Hava Qüvvələri bazasından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
"FOX21 News Colorado" xəbər verir ki, hadisə yerli vaxtla saat 11:20 radələrində baş verib.
Qəzanın ardından əraziyə təcili yardım və xilasetmə xidmətləri cəlb olunub.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, “B-52” Stratofortress bombardmançısının ekipajı adətən beş nəfərdən ibarət olur.
Qəzanın baş verdiyi Edvards bazası Los-Ancelesdən təxminən 161 kilometr şimalda yerləşir.
Rusiyanın İrkutsk vilayətində “Tu-22M3” təyyarəsi planlı təlim-məşq uçuşu zamanı enişə keçərkən qəzaya uğrayıb.
Bu barədə Rusiya mediası ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, ekipaj katapult edib.
"Pilotların həyatı üçün təhlükə yoxdur. Yerdə dağıntı olmayıb. Təyyarə uçuşu döyüş sursatı olmadan həyata keçirirdi", - məlumatda qeyd olunub.