ABŞ G7-nin 20 milyard dollarını Ukraynaya verməyə hazırdır
19 Oktyabr 2024
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası "Yeddilik Qrupu"nun (G7) üzvlərinin Ukraynaya vermək niyyətində olduğu ümumi kredit məbləğinin 40%-ni ayırmağa hazırdır.
Bu barədə “Financial Times” xəbər verir.
Söhbət 20 milyard dollardan gedir. Digər 20 milyardı Avropa ölkələri, 10 milyardı isə G7-nin qalan üzvləri verəcək.
Vəsaitin necə bölüşdürüləcəyi ilə bağlı rəsmi açıqlama oktyabrın 25-də G7 ölkələrinin maliyyə nazirləri tərəfindən veriləcək.
Bütün lazımi razılaşmalar hələ əldə olunmayıb və Bayden administrasiyası Konqres üzvləri və Ukrayna rəhbərliyinin nümayəndələri ilə borcun ödənilməsi ilə bağlı məsələlərin müzakirəsini davam etdirir.