ABŞ-də təyyarə uçuş zolağından çıxıb, ölənlər və xəsarət alanlar var
07 Sentyabr 2026
"Amazon Prime Air" şirkətinin reys üçün yola düşən "Boeing 767-300" yük təyyarəsinin Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxması nəticəsində azı beş nəfər həlak olub, daha beş nəfər yaralanıb.
“ABC News”in məlumatına görə, bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava xəbər verib.
Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.
"Puerto Rikodan yola düşən "Amazon Air"in yük təyyarəsinin Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxması nəticəsində beş nəfər ölüb, daha beş nəfər yaralanıb", - o, mətbuat konfransında bildirib.
Hadisənin səbəbini Nəqliyyatda Milli Təhlükəsizlik Şurası araşdıracaq.