Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-da paraşütçüləri daşıyan təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Amerikanın Missuri ştatının Batler şəhəri yaxınlığında paraşütçüləri daşıyan təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb.

Bu barədə "Fox News" telekanalının yerli bölməsi xəbər verib.

Məlumata görə, qəza iyunun 14-də səhər baş verib. On bir paraşütçü və bir pilotu daşıyan təyyarə yerli hava limanından havaya qalxdıqdan sonra qəfil istiqamətini dəyişərək magistral yolun yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində göyərtədəkilərin hamısı həlak olub.

Qəzanın səbəbi ilə bağlı hələ heç bir məlumat verilmir.