Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-da orta məktəbdə atışma zamanı 15 nəfər həlak olub - VİDEO

ABŞ-ın Texas ştatının Uvalde şəhərində orta məktəbdə baş verən atışma nəticəsində 15 nəfər həlak olub.

Bu barədə ştatın qubernatoru Qreq Ebbott bildirib. O, qeyd edib ki, həlak olanlardan 14-ü şagird, 1-i müəllimdir.

Hadisəni törədən cinayətkar polis tərəfindən zərərsizləşdirilib.

“Atəş açan ölüb. Güman edilir ki, o, hadisə yerinə gələn polislər tərəfindən güllələnib", - qubernator mətbuat konfransında deyib.

Qatilin tapança və ehtimal ki, tüfənglə silahlanmış 18 yaşlı yerli sakin Salvador Romas olduğu müəyyən edilib.

Yaralı məktəblilərdən ikisi San-Antonio şəhərindəki xəstəxanaya aparılıb. Bundan əlavə, insident zamanı 45 yaşlı kişi güllə yarası alıb.

Yerli KİV-in məlumatına görə, hadisə yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 21:00-da) baş verib.

Hadisənin başvermə səbəbləri və digər yaralıların vəziyyəti açıqlanmır.

https://www.youtube.com/watch?v=mnuOLhL_YjE