ABŞ bir həftə ərzində Hörmüz vasitəsilə 108 milyon barel neft daşıyıb
24 Noyabr 2026
Ötən həftə ərzində ABŞ Silahlı Qüvvələrinin nəzarəti altında Hörmüz boğazından 108 milyon barel neft nəql edilib.
Bu barədə "Al Hadath" telekanalı ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu, ABŞ-nin İrana qarşı hərbi əməliyyata başlanmasından bəri ən yüksək həftəlik göstəricidir.
"Ötən həftə ABŞ qüvvələrinin nəzarəti altında Hörmüz boğazından rekord həcmdə neft daşınıb", - mənbə bildirib.
Onun sözlərinə görə, Vaşinqton həmçinin quru marşrutları ilə müasir komponentlərin İrana tədarükünə yol verməmək üçün tədbirlər görür. O, Tehranın ABŞ tərəfindən tətbiq edilən blokadanı yara biləcəyinə şübhə etdiyini deyib və bildirib ki, Amerika tərəfi İranın öz hərbi potensialını bərpa etməsinə mane olmağa çalışır.