Logo
news content
User
Kateqoriyalar

Xəbər

55 milyard dollar pulumuz var

Azərbaycanın valyuta ehtiyatları bu ilin əvvəlindən 3,5% artaraq 55,1 milyard ABŞ dollarına çatıb.

Bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, bu, 35 aylıq idxalı maliyyələşdirməyə imkan verir.

“O cümlədən AMB-nin valyuta ehtiyatları bu ilin əvvəlindən 8,4% artaraq 7,7 milyard dollara çatıb”, - deyə baş bankir qeyd edib.