Logo
news content
User
Kateqoriyalar

Xəbər

45 günlük "dəmir ledi" - Britaniyanın Baş naziri istefa verib

Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verib.

Bu barədə BBC məlumat yayıb.

O, 45 gün əvvəl bu vəzifəyə seçilmişdi.

L.Trass həmçinin Britaniya Mühafizəkarlar Partiyasının sədri vəzifəsindən də istefa verib.

Qeyd edək ki, o, yeni hökumət başçısı seçilənədək ölkənin Baş naziri vəzifəsində qalacaq. L.Trass Britaniyanın Baş naziri və Mühafizəkarlar Partiyasının sədrinin növbəti həftələrdə seçiləcəyini açıqlayıb.

O, bu vəzifəyədək Britaniyanın xarici işlər naziri idi.