2024-cü ilin sentyabrı dünyada ikinci ən isti ay olub
15 Oktyabr 2024
2024-cü ilin sentyabrı dünyada ikinci ən isti ay olub.
Bu barədə Avropanın “Kopernik” İqlim Dəyişikliyi Xidmətinin məlumatında deyilir.
Xidmətdən verilən məlumata görə, orta aylıq temperatur 16,1 dərəcə təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0,2 dərəcə azdır. 2024-cü ilin sentyabrı rekord isti aylara görə dünyada ikinci yerdə qərarlaşıb.
Statistikaya əsasən, dünyada iqlim normasından yayınma 0,7 dərəcə Selsi olub.
Qeyd edək ki, orta aylıq norma 30 illik (baza) dövr ərzində istənilən ayın orta temperaturudur. Cari hesablamalar Ümumdünya Meteorologiya Konqresinin tövsiyələrinə əsasən, 1991-2020-ci illər üçün məlumatlar əsasında aparılır. Yayınma norma ilə faktiki orta aylıq temperatur arasındakı fərq kimi hesablanır. (Report)