2 milyard borc qaytarıb, 3 milyard borc alacağıq
18 Sentyabr 2024
2025-ci ildə Azərbaycanda dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin 2 milyard 399,6 milyon manat olması nəzərdə tutulur.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 85,2 % çoxdur.
Eyni zamanda, 2025-ci ildə dövlət büdcəsinin 3 milyard 51,6 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək.
Məlumata görə, borclanma 2 milyard 672,3 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 87,6 %-ni təşkil edəcək. Bundan başqa, kəsirin 2025-ci ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 250 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına 110 milyon manat, məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına 19,3 milyon manat olmaqla maliyyələşdirilməsi planlaşdırılır.