Logo
news content
User
Kateqoriyalar

Xəbər

122 saatdan sonra xilas edilən 70 yaşlı qadın: “Dünya var?” - VİDEO

Türkiyənin Kahramanmaraş şəhərində 70 yaşlı qadın Menekşe Tabak 122 saat sonra dağıntlar altından xilas edilib.

Pressklub.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, qadın dağıntılar altından çıxarılarkən “Dünya var?” deyə soruşub. Xilasedicilər ona cavabında bildirib: “Dünya var, xala, gəl!”

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 mini keçib.