Bizim hesabımıza... sülh?!
05 Oktyabr 2022
Sentyabrın 12-14-də sərhəddə baş vermiş hərbi toqquşmalardan sonra Qərb Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində səylərini gücləndirib. Üç həftə ərzində bütün danışıqlar istisnasız olaraq ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə aparılıb. ABŞ Dövlət katibi Antoni Blinkenin, Fransa Prezidenti Emmanuel Makronun tərəflərlə apardığı danışıqlar oktyabrın 2-də Cenevrədə xarici işlər naziri Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü ilə nəticələndi. Bir neçə saatlıq müzakirədən sonra tərəflərdən heç biri nikbin açıqlama səsləndirmədi, məlum oldu ki, prinsipial məsələlərdə fikir ayrılıqları qalır.
Mövqelər arasında yaxınlaşmanın mümkün olmamasının əsas səbəbi Ermənistanın mövqeyində apardığı düzəlişlərdir. Paşinyan hökuməti sərhəd toqquşmalarından sonra Moskva ilə təmasları azaldıb, əvəzində Brüssel və Vaşinqtonun dəstəyini alaraq Qarabağın statusu, Minsk qrupunun prosesdə iştirakı ilə bağlı tələblərini yenidən səsləndirməyə, üstəlik onların sırasına yeni tələblər əlavə etməyə başlayıb. Rəsmi İrəvan Azərbaycan-Ermənistan sərhədinə beynəlxalq müşahidəçilər göndərilməsini istəyir. ABŞ və Avropa İttifaqı bu təklifə müsbət baxır, Bakı isə birmənalı şəkildə rədd edir. Rusiya isə bu təklifi ortaya atdığına görə Paşinyan komandasına qəzəblə barmaq silkələyir.
Cenevrə görüşündən sonra sərhəddə yenidən atəşkəsin intensiv şəkildə pozulması qeydə alınır. Tərəflər yenə biri-birini ittiham edir və toqquşmalardan əvvəlki mənzərə yenidən təkrarlanır.
Dünən ABŞ Dövlət katibi A.Blinken yenidən dövriyyəyə girdi və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə iştirakı ilə telefon müzakirələri apardı. Blinkenin açıqlaması ABŞ-ın Azərbaycandakı səfirliyinin yayımladığı press-relizdə qeyd olunub:
"Bu gün mən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişinin əldə edilməsi istiqamətində atılan addımlar barədə müzakirə aparmışam. Biz Ermənistan və Azərbaycan tərəfindən bu çox vacib addımların atılmasını yüksək qiymətləndiririk".
Qeyd edək ki, bu bəyanatdan bir qədər əvvəl Azərbaycan 17 erməni hərbi əsrini qaytardığı haqqında məlumat yayılıb.
Ermənistan XİN-nin bu müzakirə haqqında yaydığı açıqlamada isə fərqli notlar yer alıb. Məlumatda qeyd olunur ki, nazirlər Cenevrədə keçirilən görüşün yekunlarına dair fikirlərini Blinkenə təqdim ediblər:
"Ararat Mirzoyan Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisindən çıxarılmasının, Azərbaycandakı erməni hərbi əsirlərin tezliklə geri qaytarılmasının və atəşkəs rejiminə qeyd-şərtsiz riayət olunmasının zəruriliyini bir daha təsdiqləyib. Problemlərin zorla və ya güc tətbiq etməklə həll ediləcəyinin hədələnməsinin yolverilməzliyi vurğulanıb. Yeni eskalasiyanın qarşısının alınması kontekstində sərhəddə vəziyyətin monitorinqi və nəzarəti üçün beynəlxalq mexanizmlərin tətbiqinin vacibliyi qeyd olunub.
Eyni zamanda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin inkişafı və Xankəndi ilə Bakı arasında müzakirə mexanizminin yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar. Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin bərqərar edilməsinə yönəlmiş danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub".
Göründüyü kimi, Ermənistan dövlət sərhədlərinə beynəlxalq müşahidəçilərin göndərilməsi tələbini Blinkenlə görüşdə səsləndirib. Habelə Qarabağ münaqişəsinin Bakı ilə Xankəndi arasında müzakirə olunmalı olduğunu deyib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan da yerli mətbuata açıqlamasında bu mövqeni bir qədər də inkişaf etdirib:
"Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinin mətnində “Artsax” (Qarabağ-red) sözü olmamalıdır. Ermənistanın qonşularına ərazi iddiaları olmayıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Biz bir-birimizin ərazi büytövlüyünü hələ 1991-ci ildə tanımışıq. Söhbət “Artsax” (Qarabağ-red) xalqının öz müqəddaratını müəyyən etməsi hüququndan gedib. Bunlar hüquqi məsələlərdir və mən düşünmürəm ki, “Artsax” sözü Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinə daxil edilməlidir və ya edilə bilər. Bu mənim şəxsi rəyimdir və düşünürəm ki, həmkarlarım da bu rəyi bölüşürlər”.
Bundan əvvəl ötən həftə baş nazir Nikol Paşinyan demişdi ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıya bilər və tanımalıdır və Qarabağ məsələsi sülh müqaviləsindən ayrı olmalıdır.
Rəsmi Bakı birmənalı şəkildə bu tələbi rədd edir və bəyan edir ki, problem Azərbaycan və Ermənistan arasında paket şəkildə həll olunmalıdır. Qarabağdakı erməni əhalisinə hər hansı muxtariyyətin verilməsindən söhbət gedə bilməz.
Prezident İlham Əliyev bu gün də bildirib ki, Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik. Qarabağın Azərbaycan torpağı olduğunu bir daha diqqətə çatdıran dövlət başçısı deyib: “İkinci Qarabağ müharibəsi bunu sübut etdi. Hətta işğal illərində dünyada Ermənistan da daxil olmaqla heç bir ölkə bu rejimi tanımadı”.
Dövlət başçısı Minsk Qrupunun yenidən prosesə cəlb olunmasına da qarşı çıxıb: "...Əlbəttə, biz indi bu Minsk Qrupunun canlandırılması üçün bəzi səylər görürük, biz bunu dəstəkləyə bilmərik. Çünki onlar mandatlarının həyata keçirilməsi üçün heç nə etmədilər. Onların etdiyi yeganə şey əslində müəyyən dərəcədə Ermənistanın təcavüzünü legitimləşdirmək oldu. Onlar təcavüzkarla bu təcavüzün qurbanı olan arasında balans yaratmağa çalışdılar. Ona görə də Azərbaycanın özünün beynəlxalq hüququ bərpa etdiyi, BMT Təhlükəsizlik Şurası qətnamələrini həyata keçirdiyi , BMT Xartiyasını, xüsusilə də özünümüdafiə ilə bağlı paraqrafını istifadə etdiyi və milli ləyaqətimizi bərpa etdiyi bir vaxtda biz başqa bir vasitəçiliyə ehtiyac duymuruq”.
12-14 sentyabr toqquşmalarından sonra Avropa İttifaqının mövqeyində də dəyişiklik özünü göstərir. Brüssel əvvəlcə tərəfləri zorakılıqdan çəkinməyə, problemi dinc müstəvidə həll etməyə çağırıb, amma İttifaq rəsmiləri müxtəlif tribunlarda Bakını ittiham edən açıqlamalar səsləndirib. Məsələn, Aİ-nin xarici siyasət rəhbəri Cozef Borrel Avropa Parlamentinin dünənki iclasında iddia edib ki, Azərbaycan Ermənistana “hücum edərək" ərazisinin bir hissəsini “işğal edib":
“Aydındır ki, Azərbaycan raketləri və dronları Ermənistan ərazisini hədəfə alıb, mülki infrastruktura zərbə vurub. Azərbaycan Ermənistanın ərazisinin bir hissəsini işğal edib və bu, tamamilə qəbuledilməzidir. Bu, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasıdır və indi qoşunlar bir-birinə o qədər yaxındırlar ki, yeni münaqişə təhlükəsi var”.
O qeyd edib ki, Aİ Bakını qoşunları çıxarmağı, əsirlərin güllələndiyi iddia olunan yeni videoları araşdırmağa çağırıb.
Diplomat Aİ-nin gərginliyi azaltmaq, regionda sülhü bərqərar etmək üçün bütün imkanlara sadiqliyini, ancaq reallıqda belə alətlərin az olduğunu vurğulayıb. O, Azərbaycan-Ermənistan sərhədinə müşahidə missiyası göndərməyə hazır olduqlarını, amma Bakının buna razılıq vermədiyini qeyd edib.
“Sərhədə Aİ-nin vasitəçi missiyasını yerləşdirməyi təklif etdik. Ermənistan razılaşdı, Azərbaycan yox. Hər iki tərəfin razılığı olmadan Aİ qoşunlarını göndərə bilmərik”, – diplomat söyləyib. Borrelin sözlərinə görə, hazırda Avropa tərəfi ona çalışır ki, iki ölkənin sərhəd delimitasiyası komissiyası bu ayın sonunadək Brüsseldə görüşsün.
Prezident İlham Əliyev isə ona cavab olaraq bu gün bəyan edib ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı müvafiq komissiyanın vaxt itirməyəcəyinə, iki ölkə arasında mövcud olmayan sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aktiv işləyəcəyinə ümid edir. Otuz ilə yaxın davam edən işğal dövründə bu sərhədlərin tamamilə Ermənistanın nəzarəti altında olduğunu qeyd edən dövlət başçısı deyib:
“İşğal bitdikdən sonra biz sərhəd hesab etdiyimiz yerə gəldik və burada məskunlaşdıq. Ona görə də uzunluğu 400 kilometrdən çox olan bu sərhədi müəyyənləşdirmək üçün tarixi sənədlərə, tarixi xəritələrə və beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq aktiv şəkildə işləməliyik. Beləliklə, bu proses artıq gedir. Ancaq bunun nə qədər uğurlu olacağını demək çətindir”.
Göründüyü kimi, Qərbin Ermənistana artan dəstəyi İrəvanın israrçı, sülh prosesini əngəlləyən mövqeyini daha da sərtləşdirməsinə gətirib çıxarır. Bu isə bölgədə sülh istəyən Qərbi nədənsə ciddi narahat etmir. Əksinə, münaqişənin 44 günlük müharibədən əvvəlki dövründə olduğu kimi birtərəfli güzəştləri ancaq Bakıdan gözləyirlər. Azərbaycan da əvvəlki ölkə deyil, bunu həm 44 günlük müharibə, həm də elə 12-14 sentyabr döyüşləri göstərib...
Turqut