Rus imperiyasının sonu?
Rusiya Ukraynada uduzsa Lenin və Stalinin qurduğu imperiya həmişəlik süquta uğraya bilər
21 Aprel 2022
Mənbə: Wall Street Journal
Tərcümə: Novator
“Putin üçün ən pis ssenari Ukraynada müharibənin tam hərbi məğlubiyyətlə başa çatması, həm Donbas, həm də Moldovada Rusiyayönlü separat rejimlərin aradan qalxması və Ukraynanın Qərbə inteqrasiya etməsi olardı. Bu cür uğursuzluq Putini rüsvayçılıqdan da betər vəziyyətə sala, onun karyerasına son qoya bilər. Belə nəticə Moskvanın mövqeyinə və nüfuzuna strateji və psixoloji zərbə vurmaqla Rusiya tarixinin gedişini dəyişə bilər”. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Wall Street Journal” qəzetinin şərhçisi, politoloq, professor Uolter Rassel Midin qələmə aldığı “Rus imperiyasının sonu?” başlıqlı məqalədə belə deyilir.Məqalədə bildirilir ki, başqa imperiyalar kimi Rusiya da bir gün tarix qarşısında cavab verməli olacaq: “1898-ci ildə amerikalılara məğlub olması İspaniyanın tarixində dönüş nöqtəsinə çevrildi. Kolumbun səyahətləri dövründən İspaniyada formalaşmış dünya miqyaslı imperiya bir anda yox oldu və ispanlar monarxiyadan tutmuş kilsənin roluna qədər hər şeyə şübhə etməyə başladılar.
Böyük Britaniya və Fransanın 1956-cı ildə Süveyş müharibəsində üzləşdiyi rüsvayçı uğursuzluq hər iki ölkəni ayıltdı, onlar başa düşdülər ki, artıq müstəqil dünya gücləri deyillər. Britaniya və Fransanın imperiya şöhrəti sona yetdi və iki keçmiş fövqəldövlət ağrıya-ağrıya, könülsüz də olsa, yeni şəraitə uyğunlaşmağa başladı.
Rusiyanın Ukraynada ciddi məğlubiyyəti Moskvaya Süveyş variantını yaşada bilər. Rusiya Ukraynanın ürəyini – qərb hissəsini zəbt edə bilməsə (Qərbi Ukrayna rusların tarixi mifologiyasında çox zəif yer tutur), neçə əsrdir əzab-əziyyətlə yaradılmış, Birinci Dünya müharibəsinin fəlakətlərindən sonra Lenin və Stalinin əli ilə yenidən qurulmuş çarlar imperiyası həmişəlik süquta uğraya bilər. Bu isə digər keçmiş imperiyalar kimi Rusiyanın da ağlını başına gətirə bilər”.
Məqalədə vurğulanır ki, Romanovlar, kommunistlər, indi də Putin dövründə rus siyasi düşüncəsi üç inancın təsiri ilə formalaşıb: Rusiya fərqlidir, bu fərq metafizik əhəmiyyətə malikdir və Rusiyaya dünya tarixində nadir bir rol verir: “Ukraynada məğlubiyyət bu ideyalara inamı kökündən sarsıda və Rusiyanı gözlənməz siyasi nəticələrlə dolu kimlik böhranına sala bilər”.
Məqalədə Ukraynanın Moskva üçün çox vacib bir ölkə olduğu qeyd edilir: “Ukraynanı nəzarətdə saxlayanda Moskva özünü Avropanın ən böyük gücü hesab edir. Ukraynasız Sovet İttifaqı miqyasında fövqəldövlət qurmaq xəyalı məhvə məhkumdur.
Hələ Putin rejiminə legitimlik görüntüsü verən “Avrasiya” nəzəriyyəçilərinin və radikal rus millətçilərinin düşüncəsinə görə, bundan da pisi ola bilər: pravoslav, slavyan və demokratik Ukraynanın despot Rusiya üzərində qələbəsi təkcə Putinin legitimliyinə yox, bütövlükdə Rusiyanın istisnalığı ideyasına meydan oxuya və despotizmin rus qəlbinə ən uyğun idarəetmə forması olması təssəvürünü darmadağın