Redaktordan icra başçısına pulsuz park təklifi
16 Avqust 2022
Bəlli olduğu kimi, Masallıya yeni təyin olunmusunuz. Çoxlu təkliflərlə, gileylərlə, məsləhətlərlə, xahişlərlə qarşılaşırsınız. Əksəriyyəti də vəsait tələb edir.
Mənim də bir təklifim var. Lakin həmin təklifi heç bir vəsait sərf etmədən reallaşdırmaq olar.
Bir az obrazlı desək, axı necə?
Masallı şəhərinin mərkəzindən keçən Viləş çayının Baş körpüsünün sağ və sol tərəflərində bulvar tikmək nəzərdə tutulub. Son 5 ildə bu məqsədlə 200 min manata yaxın pul xərclənsə də, hələ ki, buranın park olması, insanların istirahəti üçün nə oturacaq, nə işıqlandırma sistemi, nə əyləncə obyektləri var.
Bəs bu işləri ciddi vəsait sərf etmədən necə görə bilərik?
- 26 bağban və fəhlə məsələsi
- Maraqlı bir Kremençuk təcrübəsi
Qısa müddətdə bu bağa o qədər oturacaqlar qoyulur ki, mer məcbur olub ikinci bağ üçün ərazi ayırır.
Bu sahədə Türkiyə təcrübəsi də var. Yəni istənilən məşhur sənətkar valideynlərinin adı verilməklə məktəb, uşaq bağçası, xəstəxana tikdirir. Məsələn, adı olur “Sibel Canın atasının xatirəsinə məktəb”.
- Bəs icra hakimiyyəti nə edə bilər?
Təxminən belə:
- xeyriyyə məqsədi ilə alınan oturacaqlar vasitəsi ilə “oturacaq problemi” həll olunur;
- yalançı bağban və fəhlə ştatları hesabına əldə edilən 100 min manat hesabına işıqlandırma və digər abadlıq məsələləri həll olunur,
- - icra hakimiyyətinin təşəbbüsi və xeyirxah jesti ilə obyektlər qurulur.
Göründüyü kimi, sadə, pulsuz və səmərəli bir addım.
İnanırıq ki, Masallının yeni icra başçısı Araz Əhmədov təklifimizə həssaslıqla yanaşacaq və biz yaxın varxtlarda burada gözəl bulvar görəcəyik.
Qeyd: Əgər təklifim reallaşarsa, valideynlərimin xatirəsinə bir oturacaq da mən hazırlatdıracağam.
Zahir Əmənov, cənub.az