Logo
news content
User
Kateqoriyalar

İcmal

Dünyanı dəyişən xallı adam - Onu necə xatırlayacağıq

SSRİ-nin keçmiş Prezidenti Mixail Qorbaçov ömrünün 91-ci ilində Moskva Mərkəzi Klinik Xəstəxanasında vəfat edib.

Mixail Qorbaçov dünyada insan kimi dərin hörmət sahibidir. O, Soyuq müharibəni bitirmək üçün çalışanlar arasında hamıdan çox iş görüb. Keçmiş SSRİ-də isə insanlar onu ölənədək ölkənin zəifləməsində günahkar bilirdilər.

1985-ci ildə Qorbaçov Sov.İKP-nin baş katibi olarkən o, xüsusilə də özünə qədər aparatda əyləşənlərlə müqayisədə 54 yaşında siyasi büronun ən gənc üzvü sayılırdı.

20 il Leonid Brejnev, Yuri Andropov və Konstantin Çernenko tərəfindən idarə olunan Sovet İttifaqı, dərin durğunluq yaşayırdı.

1970-ci illərdə neftdən gələn dollarlar Sovet vətəndaşlarına ciddi olsa da, tanış olmayan rahatlıq bəxş etmişdi.

Fəqət, planlı iqtisadiyyatın problemləri həll olunmamışdı.

Zəifləmə və tənəzzül

Sovet iqtisadiyyatı yağ əvəzinə silah istehsal edirdi. Əsas qida məhsulları da daxil olmaqla istehlak malları çatışmazlığı, Sovet İttifaqında gündəlik həyatı zəiflədir və insanların növbələrdə uzun zaman sərf etməsinə səbəb olurdu.

80-ci illərin əvvəllərində dünya üzrə neft qiymətlərinin aşağı düşməsi, gəlirsiz mənbələrin təminatını çətinləşdirirdi. Eyni zamanda Sovet qoşunları Əfqanıstanda irəliləyir və sonu görünməyən qanlı vətəndaş müharibəsinə sürətlə qarışırdı.

Müharibə, beynəlxalq izolyasiya, vəd edilən kommunist bolluğunun reallaşmaması - Sovet vətəndaşında hakimiyyətə qarşı etibarsızlıq yaradırdı. Cəmiyyətdə bu, fərqli şəkildə əks olunurdu: alkoqolizm, dövlət əmlakının oğurlanması və ən həyasız şəkildə rejimə satqınlıq.

Qorbaçovun sələflərindən biri Yuri Andropov sistemi vintləri sıxmaq yolu ilə xilas etməyə çalışırdı: əmək intizamının artırılması (milis gün ərzində məqbul səbəb olmadan işə gəlməyənləri axtarırdı), korrupsiyaya uğramış bürokratların fərdi dəstələrinin açıq məhkəmələrinin keçirilməsi, dissidentlərin təqibi.

Lakin Andropov Kremldə 15 ay işlədikdən sonra ölür. Onu əvəz edən Konstantin Çernenko da yaşlı və xəstə olduğundan sələfi kimi hakimiyyətdə çox az qalır və demək olar ki, vətəndaşlar tərəfindən tanınmır. Qorbaçov gücünün çiçəkləndiyi bir dövrdə, "yenidənqurma" adlandırdığı geniş islahat proqramı təqdim edir. Lakin, bu islahatların da bütün məqsədlərinə nail olunmur.

Stalinizm məyusluğu

Gorbachev as a child

Mixail Rusiyanın cənubunda kəndli ailəsində böyüyüb

Mixail Serqeyeviç Qorbaçov Stavropolda kəndli ailəsində 1931-ci il martın 2-i göz açıb. Onun ailəsi Böyük terrordan qaçsa da, anasının atası 1937-ci ildə trotskizmdə günahkar bilinərək tutulur, amma, günah o dərəcə həqiqətə uyğun olmur ki, o, bir il sonra azad edilir.

Sonralar Qorbaçov babasının başına gələnlərin onu Sovet sisteminə sövq etdiyini deyir.

Stalin dövründə insanların əksəriyyəti şəxsi fikirlərini heç kimə demir və xain qohumlardan olmamağa çalışırdılar.

BBC-yə müsahibəsində Qorbaçov məktəbdə buraxılış inşası mövzusu kimi Stalin seçdiyini yada salırdı. Hər bir halda, babası ilə bağlı epizod, gənc kolxozçuya sosial pillələri qalxmaqda mane olmur.

1948-ci ildə Qorbaçovun kombaynçı olan atası yığımda fərqləndiyinə görə Sosialist Əməyi Qəhrəmanı adı və ona kömək edən gənc oğlu isə Qırmızı Əmək Bayrağı ordeni alır.

19 yaşında bu qabaqcıl və ictimai fəal, kommunist partiyası sıralarına qoşulur və imtahansız - akademik uğurlarına görə deyil, ona böyük perspektivli kadr kimi ümid bəsləyən partiya rəhbərlərinin tapşırığı ilə MDU-nun ən prestijli fakültəsi hüquq fakültəsinə qəbul olunur.

Moskvada təhsil Qorbaçovun qarşısında yeni üfüqlər açır. 1953-cü ildə Stalin ölür. Qorbaçov digər ölkələrin tələbələri ilə tanış olur və dostlaşırdı. Özünə ən yaxın saydığı dostlarından biri çexoslovakiyalı Zdenka Mlınarıj Sovet tankları tərəfindən 1968-ci ildə yatırılan "Praqa baharının" memarlarından bir olacaqdı.

Raisa & Mikhail Gorbachev

Raisa Qorbaçova baş katibin ictimai həyatında böyük rol oynamağa başlayır

MDU-da Qorbaçov həyatının sevgisi Raisa Titaternko ilə də tanış olur. Onlar 1953-cü ildə evlənirlər.

"Onunla iş görmək olar"

Universiteti bitirdikdən sonra diplomlu hüquqşünas vətəni Stavropola qayıdır. Lakin yerli prokurorluqda qısa müddət işləyir. Onu az bir zamanda komsomol işinə cəlb edirlər.

Partiya iyerarxiyası pillələrini bir-bir qalxan Qorbaçov 1966-cı ildə Stavropol KAAS Regional Komitəsinin baş katibi seçilir və 1971-ci ildən isə Mərkəzi Komitənin üzvü olur.

Regionun ərazisində Qafqaz Mineral Suları sanatoriyası da yerləşirdi. Burada tez-tez siyasi büronun sağlam üzvləri istirahət edərdilər. Moskvadan gələn yüksək rütbəli qonaqları qarşılayıb, yerləşdirib yola saldıqca, Qorbaçov yaxşı əlaqələr qura bilirdi. İnanılır ki, o, DTK-nın nüfuzlu sədri Yuri Andropovun himayəsində olub.

Konstantin Çernenkonun müşayiəti ilə istirahətdən qayıdan Leonid Brejnevin xüsusi qatarı 1978-ci il sentyabrın 19-u axşam Mineral Sularda dayanır. O zaman burada yerləşən "Qırmızı daşlar" adlı sanatoriyada istirahət edən Andropov, Qorbaçovu yanına gətizdirir. Beləliklə, platformada Sov.İKP-nin dörd baş katibi görümüş olur. Güman edilir ki, Qorbaçovun paytaxta ezamı məhz bu görüşdə həll olunub.

Həmin il noyabrın 27-i Qorbaçov MK-nın kənd təsərrüfatı üzrə katibi təyin olunur. 1980-ci ilin oktyabrında isə siyasi büronun üzvü seçilir.

Mikhail Gorbachev & Margaret Thatcher

Margaret Thatcher ilə Qorbaçov arasında əvvəldən isti münasibətlər yaranır

Bu perspektivli gənc dəfələrə ölkə sərhədlərindən kənara səfərlər edir və bunu bəyənirdi. O, düşünürdü ki, Sovet İttifaqı "qocalan kapitalizmdən" çox şey öyrənə bilər.

Elə Qərbdə o, bir neçə mühüm tanışlıq qura bilir.

1984-cü ilin dekabrında Qorbaçov Londonda baş nazir Margaret Thatcher ilə görüşür və nazirin rəğbətini qazanır. Thatcher BBC-yə müsahibəsində dediyi kimi: "Bu insan ilə iş görmək olar."

Kanadada Qorbaçov islahatlarda əsas müttəfiqi olacaq Sovet səfiri Aleksandr Yakovlev ilə dostlaşır.

Aşkarlıq və yenidənqurma

Özünü 1985-ci il martın 11-i hakimiyyətin ən yüksək zirvəsində tapan Qorbaçov, dərhal dəyişikliklərə başlamaq qərarına gəlir. Leninqrada səfəri zamanı o, sələflərindən fərqli olaraq kütlə arasına çıxır.

Bundan sonra Qorbaçov tez-tez xanımı ilə ictimaiyyət arasında görünməyə başlayır.

Bu, onun Qərbdə heç bir şeyə yad olmayan biri kimi qəbuluna kömək edir.

Zərif və savadlı Raisa Maksimovna ("İlk Sovet lideridir ki, həyat yoldaşı özündən arıqdır" dövrün zarafatı idi) SSRİ-də birmənalı qarşılanmadı. Bir çoxu onun siyasi rolunu şişirtməyə meyilli olsalar da, mühafizəkarlar və yenidənqurma tərəfdarları Raisanın ərinə pis təsir göstərdiyindən əmin idilər.

Yeni liderin ilk şüarı "sürətləndirmə" olur - ilk növbədə isə texnoloji yeniliklərin. Lakin, az keçmədən o, digər məqsədlər barəsində söz açmağa başlayır - "aşkarlıq" (dövlət institutlarında açıqlıq və şəffaflıq, KİV-də onların tənqidi imkanı), "yeni düşünmə" və nəhayət, "yenidənqurma".

Aşkarlıq kursunun ilk sınağı Çernobl AES-də 1986-cı il aprel ayında baş verən fəlakətlə gəlir. Bir neçə gün ərzində radioaktiv tozlar yayılmağa başlayır və Ukrayna, Belorusun və Rusiyanın əhəmiyyətli hissəsinin sakinləri ya təhlükədən xəbərsiz idilər, ya da bundan neçə qaçmağın yolunu şayiələr əsasında öyrənə bilirdilər.

Qorbaçovun kütləvi sərxoşluğu cilovlamaq cəhdləri, onun islahatçı kimi imicinə zərbə oldu və mənfi iqtisadi nəticələrə gətirib çıxardı.

Qərb ilə yaxınlaşma

Qorbaçov düşünürdü ki, iqtisadi islahatlar üçün hərbi xərcləri azaltmaq lazımdır. Bu isə Qərb ilə daha dost münasibətləri qurmağı tələb edirdi.

80-ci illərin ilk yarısında Brejnevin siyasəti Şərq ilə Qərb arasındakı münasibətlərin yenidən qəsdən gərginləşməsinə səbəb olmuşdu.

Hər şeydən əvvəl, Əfqanıstan və Polşadakı hadisələr və Cənubi Koreyada "Boeing" faciəsi.

ABŞ və Britaniyada hakimiyyətə SSRİ siyasi kursuna qarşı daha sərt mövqe tutan liderlər gəlmişdi.

Mikhail Gorbachev & Ronald Reagan

Qorbaçov ilə Reagan-ın görüşləri konstruktiv atmosferdə baş tutur

Onlardan heç biri ABŞ prezidenti Ronald Reagan qədər barışmaz mövqe saxlamırdı. Çıxışlarının birində o, Sovet İttifaqını "pislik imperiyası" adlandırmışdı.

1985-ci ilin sonunda Cenevrədə Reagan-ın Qorbaçov ilə görüşü buzları əritməyə kömək oldu. İki lider fikir ayrılığına baxmayaraq, qarşılıqlı anlayış yarada bilmiş və nüvə silahının qarşılıqlı azaldılması prosesinə başlamaq haqqında razılıq əldə etmişdilər.

Rejimin nüfuzdan düşməsi

Eyni zamanda Sovet İttifaqının daxilində aşkarlıq siyasəti cini lampadan çıxarmışdı. Sovet vətəndaşları artıq onlardan uzun müddət gizlədilən həqiqətlər haqqında öyrənirdilər: geniş miqyaslı Stalin repressiyaları, Molotov-Ribbentrop paktnın gizli protokolları, nomenklaturanın dəbdəbəli həyatı, Əfqanıstandakı itkilər və ordudakı "dedovşina".

Məhsul və malların təchizatındakı fasilələr daha da dərinləşirdi. Aşkarlığın şərtləri ilə bağlı narazılıqlar açıq şəkildə özünü büruzə verirdi.

Azadlıq və aşkarlıqdan istifadə edən millətçilər respublikaların SSRİ tərkibindən çıxmasını aşılayır və güc yolu ilə çoxmillətli hökumətlərin qurulmasını istəyirdilər. Dağlıq Qarabağ, Fərqanə vadisi və Dnestryanıda qarşıdurmalar yaşanırdı. 1989-cu ildə Sovet hakimiyyəti, ilk dəfə xalq deputatlarının seçilməsində rəqabətli seçki üsulundan istifadə edərək ictimaiyyətin dəstəyini toplamağa çalışır.

Adətən darıxdırıcı Sovet verilişləri təqdim edən dövlət televiziyası iclasın gedişatını canlı efirdə yayımladıqda, böyük ölkənin milyonlarla vətəndaşı gözlərini ekrandan ayıra bilməmişdi.

İnsanlar böyük demokratik dəyişikliklər hərəkatı öncəsi ali partiyanın köməksiz qaldığını hiss edirdilər.

"O divarı yıxın"

Analoji hərəkat eyni ildə Şərqi Avropanı da silkələmişdi. Yerli kommunistlər Moskvanın məsləhəti ilə müxalifət ilə danışıqlar aparmağa başlayır, azad seçkilər üçün razılaşır, lakin məğlub olurdular.

Bu prosesin kulminasiya nöqtəsi Soyuq müharibənin bariz simvolu Berlin divarının sökülməsi olur.

"Cənab Qorbaçov, o divarı yıxın!" - Ronald Reagan, 1987-ci ildə Berlindəki çıxışında ən yaddaqalan nitqlərindən birində səslənir.

1989-cu il noyabrın 9-u Reagan-nın istəyi bir gecədə reallaşır. Sərhəddəki keçid məntəqələri açılır və şərqi almanlar divarı dağıtmağa başlayırlar.

Almaniya tam olaraq 1991-ci ildə birləşsə də, ADR-n taleyi artıq bəlli idi və Qorbaçov sərhədin hər iki tərəfindəki almanların əbədi sevgisini qazanır. 1990-cu ildə o, sülh üzrə Nobel mükafatı qazanır.

1989-cu il inqilabları Rumıniyadan başqa, Şərqi Avropanın bütün ölkələri üçün "məxməri" alınır. İlin sonunda diktator Nikola Çauşevski, başlanan etirazları güc yolu ilə yatırmağa çalışır. Cəhdi baş tutmayan Çauşevskiyə Sovet İttifaqı kömək etmir və öz ordusu ona qarşı çıxır. Diktator tutulur və güllələnir.

Kommunistlərin gücünü əlində saxlaya bildikləri ölkə isə Çin olur. 1989-cu ilin iyununda Pekindəki Tyananmen meydanında baş verən etirazlar, ordu tərəfindən qəddarlıqla yatırılır. Kadrlar Sovet İttifaqında güclü təsir yaratmışdı. Çoxları Kremldə köhnə qaydaların tərəfdarlarının eyni şeyə ələ atıb-atmayacağı sualı ilə qarşı-qarşıya qalmışdı.

Nemesis

Aşkarlıq və demokratikləşmə, Qorbaçov üçün Nemesis olan insanlar yetişdirirdi.

Partiyanın Moskva şəhər komitəsində birinci katiblər sırasında 1987-ci ildə çıxarılan Boris Yeltsin, il yarım sonra partiyaçılar arasındakı çəkişmələrə baxmayaraq, Moskva milli-ərazi dairəsi tərəfindən seçilir. Ona şəhərin bütün sakinləri səs vermişdi.

1991-ci ilin iyununda Yeltsin RSFSR-nın ümumxalq səsverməsində prezidenti seçilir. Qorbaçov bu mandata sahib ola bilmir.

1990-ci ilin martında Qorbaçov, vətəndaşlar yox, konqres tərəfindən SSRİ prezidenti seçilir. Millət vəkilləri Moskva, Leninqrad, Sverdlovsk və Baltikyanı şəhərlərindən başqa yerdə müxalifətin olmadığı və deputatlar korpusunun üçdə birinin dövlət təşkilatlarını nümayəndəsi olduğu ərazilərdən, Kommunist Partiyası konstitusiyanın 6-cı maddəsi əsasında seçilirdilər.

Bir çox tarixçilər Qorbaçovun əsas səhvini ümumxalq səsverməsi təşkil etməməkdə görürlər.

Separatçı hərəkatı zorakı yolla yatırmaq, bu və ya digər ölkələrdə yerli kommunistlərin təsirinin azalmasına gətirib çıxarırdı. Onların yerini, azadlıq tələb edən yeni siyasətçilər tuturdu. Yeltsin də faktiki olaraq bu yola əl ataraq 1991-ci ilin 12 iyununda RSFSR-n dövlət suverenliyi barəsində nizamnamə imzalayır.

1991-ci ilin aprelində ittifaq rəhbərliyi, respublikalara daha çox muxtariyyət verilməsi və əlaqələri qorumaq məqsədilə yeni-Oqarevski danışıqlarına başlayır.

1991-ci il zərbəsi

İttifaq razılaşmasının imzalanması 20 avqusta təyin olunur. Altısı Qorbaçovun yaxını olan səkkiz xadim çevriliş cəhdi edirlər. Onlar fövqəladə hal elan edir və Moskvaya ordu yeridirlər.

Qorbaçov, Krımda Forosda hadisələrdən kənarda saxlanılmışdı.

Üç gün sonra, Yeltsinin sərt mövqeyi və qəsdçilər ilə Ağ Evin müdafiəsinə qalxan moskvalılar arasındakı qərarsızlıq sayəsində çevriliş baş tutmur.

Qorbaçov vəzifəsinin başına geri qayıdır, lakin müşahidəçilərin sözlərinə görə, özü öz kölgəsinə çevrilir. Real hakimiyyət isə Yeltsin-in əlində idi, millət vəkillərinin İttifaq birliyini özünü ləğv edir, İKP-nın fəaliyyəti dayandırılır və respublikaların əksəriyyəti müstəqilliyə can atırdı.

Qorbaçovun islahat yolu ilə ittifaqı qoruma cəhdləri, başqa sözlə, cəmiyyətdən kifayət qədər dəstək ala bilmir.

Əsas rolu isə Ukrayna müxalifəti oynayır. Orada iyunun 1-i keçirilən referendumda 93% vətəndaş tamamilə suverenliyə səs verir.

Dekabrın 8-i Rusiya, Ukrayna və Belarus liderləri Belovesjk meşəsində SSRİ-n ləğvi haqqında razılıq imzalayırlar. Qorbaçov fakt qarşısında qalmışdı. Dekabrın 21-i Alma-atada razılığa digər ölkələr də qoşulur.

1991-ci il dekabrın 25-i Qorbaçov, televiziya vasitəsilə SSRİ-nin birinci və axırıncı prezidenti olduğunu elan edir.

İstefanın ardından

Keçmiş Sovet İttifaqında bir çox insanlar hələ də ölkənin dağıdılmasına heyfslənirlər. Post-sovet Rusiyasının ikinci prezidenti Vladimir Putin kimi onlar da, hadisəni XX əsrin böyük geosiyasi faciəsi adlandırırlar.

Bunun günahkari kimi bir çoxu Qorbaçovu bilirdi. 1996-cı ildə o, Rusiyada prezident seçkilərində namizədliyini irəli sürsə də, 1%-dən az səs toplayır. Lap əvvəldən bütün müşahidəçilər onu namizəd kimi qiymətləndirmirdilər.

Qorbaçovun Rusiyadakı tənqidçilərini qıcıqlandıran məqam, onun tez-tez xaricə səfərləri idi. Xaricdə o, Nobel mükafatı laureatı kimi qiymətləndirilirdi. Eləcə də, o, pizza və dizayner çantaları reklamlarına çəkilməyə hazır idi.

1999-cu ildə Qorbaçov arvadı Raisanı leykemiyadan itirir və bu ona son dərəcə pis təsir edir.

Son sovet lideri daha çox təmkinli şəkildə Vladimir Putinin siyasətini tənqid edirdi. "Yedinaya Rusiya" ilə Kommunist Partiyasının təkhakimiyyətlilik ideyasını müqayisə edən Qorbaçov, bunu mediada müzakirə etsə də, Rusiyanın ikinci prezidentinin xarici siyasətini dəfələrlə dəstəkləyib.

Bankir və DTX işçisi Aleksandr Lebedevin dəstəyi ilə Qorbaçov, səlahiyyətlərindən sui-istifadə edən qüvvələr ilə bağlı nəşrlər edən "Yeni qəzetin" auksioneri olur.

2019-cu ildə BBC-yə verdiyi müsahibədə 88 yaşlı Qorbaçov yenidən nüvə silahının təhlükələri barədə xəbərdarlıq edib.

"Nə qədər ki, kütləvi qırğın silahları və ilk növbədə nüvə silahı var, təhlükə böyükdür" deyən Qorbaçov, "Bütün dövlətlər bəyan etməlidir ki, nüvə silahı məhv edilməlidir. Biz özümüzü və planeti xilas edəcəyik".

Mixail Qorbaçovun bir qızı, iki nəvəsi və bir nəticəsi var.