Bakıda sirli görüş – Almanlar və ruslar Azərbaycan paytaxtında nə axtarırlar?
Qərb kütləvi informasiya vasitələri Rusiya və Qərb nümayəndələri arasında gizli təmasdan xəbər verirlər
17 Oktyabr 2024
Jurnalistlərin məlumatına görə, Azərbaycan paytaxtında keçiriləcək görüşdə Brandenburq torpağının keçmiş baş naziri Mattias Platsek, Almaniya Federal Kanslerinin keçmiş departament rəhbəri Ronald Pofalla, eləcə də “Peterburq dialoqu”nun sabiq icraçı direktoru Martin Hoffman iştirak etməlidirlər.
Platsek uzun illər “Peterburq dialoqu”nun idarə heyətinə daxil olub. Pofalla 2015-2021-ci illərdə formata rəhbərlik edib.
İştirakçılar siyahısına İsveçrənin iki vətəndaşı da daxildir: İsveçrənin Berlindəki keçmiş səfiri Tim Quldiman və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi, hazırda İsveçrə dövləti tərəfindən maliyyələşdirilən Cenevrə Siyasi Təhlükəsizlik Mərkəzinin direktoru Tomas Qreminger. Sonuncu, “Die Neue Zürcher Zeitung” qəzetinə verdiyi son müsahibədə Rusiya ilə “məxfi dialoq formatlarına” ehtiyac olduğunu qeyd edib.
Media: İştirakçılar siyahısına Almaniya kansleri vəzifəsinə keçmiş namizəd də daxildir
Nəşrlərin məlumatına görə, siyahıda Xristian Demokratlar İttifaqından Almaniya kansleri postuna keçmiş namizəd və Şimali Reyn-Vestfaliyanın keçmiş baş naziri Armin Laşet...