Logo
news content
premium image
Kateqoriyalar

Araşdırma

Amerikada yeni “Vyetnam sindromu”: Trampın yolu açılır?
Çikaqo qurultayından çox şey asılıdır

ABŞ-ın bir sıra iri universitetlərində Qəzzadakı müharibə əleyhinə etirazlar genişlənir. Hakimiyyət nümayişçilərin dağıdılmasına polis və milli qvardiyanı cəlb edir, artıq yüzlərlə adam həbs olunub.  

Tələbələr İsrailin Qəzzadakı hərbi əməliyyatlarına etiraz edirlər. Bu əməliyyatlar HƏMAS-ın 1200 nəfərin ölümü və 250-dən çox girovun götürülməsi ilə nəticələnən 7 oktyabr hücumuna cavab olaraq keçirilir. Bəzi məlumatlara görə, Qəzzada artıq 34 min nəfər həlak olub.

Etirazçılar, iddialarına görə, öz universitetlərinin İsrailin və digər ölkələrin müharibədən qazanc götürən şirkətləri maliyyə əlaqələrini kəsməyi, İsrailin təhsil müəssisələri ilə əməkdaşlığı dayandırmağı tələb edirlər.  

Universitet rəhbərliyi isə tələbələri antisemitizm təzahüründə və yəhudi tələbələri hədələməkdə günahlandırır. 

Bir çox KİV və analitiklər mayın əvvəlində Kolumbiya universitetində baş verən polislə toqquşmaları elə həmin nüfuzlu Nyu York universitetində 1968-ci ildə baş verənlərlə müqayisə edirlər.

Həmin il insanlar Vyetnam müharibəsi və orduya çağırış sisteminə edilən dəyişikliyə - həmin dəyişiklik daha çox gənci ABŞ silahlı qüvvələrində xidmətə çağırmaq imkanı verirdi - etiraz edirdilər. 

BBC bu gün baş verənlərlə paralelləri analiz etmək üçün 1968-ci il nümayişlərini yaşamış fəallar və yazıçılarla söhbət edib. 

Vyetnam müharibəsi 1968-ci ildə həlledici mərhələyə qədəm qoydu. Yanvarda Şimali Vyetnam qüvvələri Vyetkonq partizanlarının (Cənubi Vyetnamda fəaliyyət göstərən kommunist partizanlar  - Press k...

lock icon

Yazını tam oxumaq üçün