Uğur formulu: Azərbaycan da qazandı, Ermənistan da
Böyük sülh razılaşması istiqamətində ilk addım atıldı, davamı olacaq...
26 May 2024
Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə rəhbərlik edən baş nazirin müavini Şahin Mustafayevin xidmətinin yaydığı məlumata görə, Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Yəni, mayın 24-də adları çəkilən ərazilər tam şəkildə işğaldan azad edilib və Azərbaycanın nəzarətinə qaytarılıb.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının - ərazilərinin (6,5 kv.km) Azərbaycana qaytarılması təmin edilib.
Bu, həm də İkinci Qarabağ müharibəsindən sonra çoxumuzda, ümumən cəmiyyətdə yaranan “Qazaxın kəndləri ermənilərdə qaldı” narahatlığının əsassız olduğunu üzə çıxardı. Eyni zamanda, bilərəkdən pessimist əhval-ruhiyyə yayanlara daha bir cavab oldu. Bunu, ərazilərimizin işğaldan azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlayan mübarizənin daha bir uğurlu səhifəsi saymaq olar. Bu, Ağdamın, Laçının və Kəlbəcərin bir güllə atilmadan qaytarılması təcrübəsindən sonra ərazilərimizin güc tətbiq edilmədən qaytarılması istiqamətində növbəti addım oldu. Bu, Azərbaycanın heç bir halda torpaqlarından imtina etmədiyi və bu...