Logo
news content
premium image
Kateqoriyalar

Analitika

Sülhün öz dili var
Birgə atılan addımların “sülh üçün ümidverici hadisə” adlandırılması yenidir

İran-Azərbaycan sərhədində, Araz çayı üzərində hidroqovşağın ötən həftəki açılış mərasimində Prezident Əliyev nitq söylədi. Təbii ki, yalnız hidroqovşağın əhəmiyyətindən, Azərbaycan-İran əlaqələrindən danışmadı. Mütləq qaydada Ermənistanla münasibətlərimizə də toxundu. Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü, 2023-cü ildə dövlət suverenliyini tam bərpa etdiyini xatırlatdı və əlavə etdi:

“İndi isə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Biz bu prosesin ilkin müsbət nəticələrini görürük və sərhədimizin şimal hissəsində artıq delimitasiya və demarkasiya başlanmışdır. Hesab edirəm ki, bu, ümidverici hadisədir. Çünki bu, ümid verir ki, nəhayət, uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər”. 

Sülh ümidlərinin önə çəkilməsi prosesin yeni mərhələdə olduğunun göstəricisidir. Prezident İlham Əliyevin nitqində bu cür ifadələrə hələ də az-az rast gəlinir, amma getdikcə artır. Bəli, dəfələrlə Azərbaycanın sülhsevər mövqeyi, təşəbbüsləri və təklifləri barədə danışılıb. Lakin artıq birgə atılan addımların “sülh üçün ümidverici hadisə” adlandırılması yenidir və 2023-cü ilin dekabrından eşidilməyə başlayıb. Deməli, proses tərəfləri ümumən qane edən istiqamətdə gedir. 

Müharibə dövrü başqa ritorika tələb edirdi. Tərəflərin silah cəbbəxanası kimi, söz arsenalı və diplomatiya imkanları da bu hərbi qarşıdurma vəziyyətinə uyğunlaşır, onun məntiqi ilə formalaşırdı. Təbii ki, tərəflərin hər biri qalib gəlməyə çalışır və bel...

lock icon

Yazını tam oxumaq üçün