Qismən səfərbərlik nə mənaya gəlir?
29 Sentyabr 2020
Prezident İlham Əliyev Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb. Konstitusiyanın 109-cu maddəsinin 25-ci bəndinə əsasən imzalanan sərəncamda bildirilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Qismən səfərbərlik hansı ehtiyacdan irəli gəldi? Səfərbərliyə kimlər cəlb olunur? Suallarımızı hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov cavablandırdı.
Polkovnik “Press Klub”a açıqlamasında bildirdi ki, müharibə aparan ölkədə səfərbərlik tədbirləri normaldır:

Ş.Ramaldanov əlavə etdi ki, ola bilsin, səfərbər edilən heyət heç lazım olmadı:
“Döyüşlər uğurlu keçə və itkilər o qədər də çox olmaya bilər. Onsuz da ötən iki gündə itkilərimiz gözləniləndən az oldu. Hazırda Azərbaycan Orudusu qoyulan tapşırıqları yerinə yetirməyə qadirdir”.
Ülviyyə Şahin