Müsyö Dekottini İrəvanı “partladır”
Səfir Parisin planlarını açıqladı; məqsəd sülhə dəstək, yoxsa, mane olmaqdır?
31 Oktyabr 2024
Səfir əvvəlcə qeyd edib ki, ABŞ dövlət katibi Blinkenin təşəbbüsü ilə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycan nümayəndələri arasında müzakirələr Avropa İttifaqının (Aİ) tərəflər arasında vasitəçiliyinin dayandığı anlamına gəlmir.
“Aİ hələ də hər iki tərəfə öz xidmətlərini təklif edir. Bildiyimə görə, Ermənistan Aİ-nin təklifini rədd etməyib. Əlbəttə, danışıqlara və onların nəticələrinə nəzər salsaq, ən mühüm və təsirli addımlar Aİ vasitəçiliyi sayəsində atıldı, xüsusən tərəflər 2022-ci ilin oktyabrında Praqada Aİ və prezident Makronla görüşdülər və burada onlar ədalətli və davamlı sülhün bərqərar olması üçün əsas olan Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqlədilər”, - səfir bildirib.
Diplomat qeyd edib ki, sülh sazişinin imzalanması zərurəti təcilidir: “Dəfələrlə, o cümlədən Ermənistanın Baş naziri tərəfindən bəyan edilib ki, sazişin böyük hissəsi artıq razılaşdırılıb. O, artıq razılaşdırılmış müddəalar üzrə sazişi imzalamağa hazır olduğunu bildirib, həll olunmamış məsələlər üzrə növbəti müzakirələrin aparıla biləcəyini qeyd edib. Azərbaycanın üzərinə xüsusi məsuliyyət düşür, xüsusən ona görə ki, COP29-un təşkilatçısı kimi beynəlxalq diqqəti özünə cəlb edir. Bu da onun üzərinə xüsusi beynəlxalq öhdəliklər qoyur. İndiki mərhələdə onların əsas vəzifəsi Ermənistanla sülh müqaviləsi bağlamaqdır”.