
KTMT hərbçiləri Azərbaycanla sərhəddə?
Moskva təzyiq edir, İrəvan dirənir, Bakı susur
05 Avqust 2023
KTMT Ermənistanın sərhədyanı rayonlarında müşahidə missiyasının yerləşdirilməsi təklifi üzərində işi bərpa etməyə hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan belə bir qərarın regiondakı vəziyyətə müsbət təsir edəcəyinə əmin olduğunu deyib.
“Biz hələ də İrəvanın müsbət cavabını gözləyirik və Ermənistanın sərhədyanı rayonlarında KTMT-nin müşahidə missiyasının yerləşdirilməsi təklif üzərində, eləcə də müttəfiqimizə kömək üçün digər birgə tədbirlərlə bağlı işi bərpa etməyə hazırıq. Müvafiq qərarların qəbulu regionda ümumi vəziyyətə müsbət təsir göstərəcək. Bir daha vurğulayıram ki, biz bu cür quruculuq işlərinə hazırıq”, - deyə XİN rəsmisi bildirib.
Qeyd edək ki, Ermənistan tərəfi son zamanlar KTMT-ni dəfələrlə tənqid edib. Ermənistanın baş naziri Nikol Paşinyan fevralda bəyan edib ki, təşkilat öz məsuliyyət sahəsini dəqiqləşdirə bilmədiyidən, İrəvan KTMT missiyasını dəvət etməyib.
Eyni zamanda, Azərbaycan KİV xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə avropalı diplomatlarla görüşdə Ermənistanın KTMT-dən çıxması imkanını müzakirə edib (baxmayaraq ki, sonradan o, İrəvanın KTMT-nin missiyasını respublikanın ərazisi yerləşdirilməsindən heç vaxt imtina etmədiyini və müvafiq qərar layihəsinin guya “masa üzərində olduğunu” iddia edib).
Yanvarın 10-da Baş nazir Paşinyan KTMT-nin Rusiya Müdafiə Nazirliyinin Ermənistan ərazisində keçirməli olduğunu bəyan etdiyi “Sarsılmaz qardaşlıq - 2023” təlimlərinin ləğv edildiyini açıqlayıb. Ardınca Ermənistan Silahlı Qüvvələri NATO-nun hərbi təlimlərində iştirak edib və buna görə Moskva İrəvandan izahat tələb edib.
Bundan əvvəl, 2022-ci ilin noyabrında Ermənistanın baş naziri KTMT-nin İrəvana yardım haqqında bəyannaməsini imzalamaqdan imtina etmişdi. Daha sonra Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirmişdi ki, Moskva bu məsələ ilə bağlı İrəvanın mövqeyini “aydınlaşdıracaq”.
2023-cü ilin aprelində Paşinyan əmin etdi ki, Ermənistan effektiv olacağı şərti ilə KTMT missiyasını öz ərazisində yerləşdirməyə müsbət yanaşır. Eyni zamanda, cəmi bir ay sonra bəyan etdi ki, Ermənistan üçün faydasız olarsa, İrəvan ümumiyyətlə təşkilatdan çıxmağa hazırdır. Və bu yaxınlarda - iyulun sonunda Ermənistan hərbçiləri nüvə təhlükəsizliyinin təmin edilməsi ilə bağlı KTMT təlimlərində iştirakdan imtina etdilər.
Göründüyü kimi, İrəvanın Kremlin yaratdığı hərbi bloka münasibəti birmənalı deyil. Ermənistan hökuməti KTMT rəhbərliyinin “Azərbaycanın 2022-ci ilin sentyabrında Ermənistanın suveren ərazisinə təcavüzünü” pisləməyənə qədər, təşkilatın Azərbaycanla sərhəddə yerləşdirilməsinə razı deyil. Xatırladaq ki, KTMT İrəvanın bu tələbini yerinə yetirməyib.
Maraqlıdır, Moskvanın Ermənistanı KTMT qüvvələrinin öz ərazisində yerləşdirilməsinə razılaşmağa məcbur etmək üçün hansısa təsirli rıçaqları varmı? Bu, indiki şəraitdə böyük sualdır. Kreml uğur qazansa belə, Qazaxıstan və Qırğızıstan kimi türk dövlətlərinin öz hərbçilərinin bu missiyada iştirakına razılıq verəcəyinə əminlik varmı?
Digər tərəfdən, Moskva niyə bu mövzudan əl çəkmir? Bununla bağlı müxtəlif rəylər var. Böyük ehtimalla, Kreml artıq 2025-ci ildə “sülhməramlı” kontingenti Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalı olacağının fərqindədir. Amma Rusiya Cənubi Qafqazda hərbi mövcudluğunu azaltmaq istəmir. Nə etməli? KTMT missiyası adı altında Ermənistana əlavə sayda hərbçi yeritmək olar. Bunda yaxşı bir şey yoxdur. İrəvan bu vəziyyətdən çıxa, Moskvanın Ermənistan-Azərbaycan sərhədində “monitorinq” aparmaq bəhanəsi ilə regiona daha çox hərbi birləşmə yeritmək kimi təkidli istəyindən boyun qaçıra biləcəkmi?
Azərbaycanın Müdafiə Nazirliyinin İnformasiya və Analitik İdarəsinin keçmiş əməkdaşı, tanınmış hərbi ekspert Azad İsazadə mövzu ilə bağlı Press Kluba bildirib ki, Rusiyanın Cənubi Qafqazda hərbi-siyasi təsirini saxlamaq üçün əlindən gələni edəcəyi şübhəsizdir.
O qeyd edir ki, bu, Azərbaycan üçün çox da təhlükəli deyil. “Əlbəttə, Rusiya qoşunlarının Ermənistanla sərhədlərimizin yaxınlığında olması bu istiqamətdə gərginlik demək olacaq, qonşu ölkə üçün isə bu, suverenliyin müəyyən hissəsinin itirilməsi deməkdir. Düşünürəm ki, İrəvan sona qədər müqavimət göstərəcək. Onun öhdəsindən gəlib-gəlməyəcəyi isə başqa məsələdir.
Və təbii ki, Ermənistan-Azərbaycan sərhədi boyunca Avropa İttifaqından olan mülki müşahidəçilərin olması nə İrana, nə də Rusiyanı qane etmir. Bu ölkələrin hər ikisi Aİ-dən olan mülki müşahidəçilərdənsə, orada rus qoşunlarının olmasına razılıq verər”, - hərbi ekspert hesab edir.
Rauf Orucov