Baydendən Ərdoğana qədər hamı sülh deyir...
Paşinyan Ermənistanın yeni Konstitusiyasını müzakirəyə çıxarmalıdır, əks halda...
05 İyun 2024
“Tavuş” hərəkatının rəhbəri, arxiyepiskop Qalstanyan, onun müxalifətdən olan məsləhətçiləri ictimai dəstəyin zəifləməsini radikal addımlar hesabına gizlətməyə, anti-hakimiyyət çıxışlarının Ermənistanın gündəmindəki yerini qorumağa çalışırlar. Hökumətin reaksiyası adekvatdır, polisə qarşı güc tətbiq etməyə çalışanlar dərhal həbs edilir, hazırda həbsdə olanların sayı yüzlərlədir. Baş nazir Nikol Paşinyan, onun komanda üzvləri isə siyasi gündəmi başqa “vacib” hadisələrlə doldurmağa, beləliklə, etirazların marginallaşmasına çalışırlar.
Etirazların fonunda, gözləntilərin əksinə, Ermənistan hakimiyyəti Azərbaycanla sərhədlərin delimitasiyası və sülh sazişinin imzalanması məsələsini arxa plana keçirməyib, hazırda bu barədə açıqlamalar daha çox səsləndirilir. Bir neçə gün əvvəl N.Paşinyan bildirdi ki, Azərbaycanla istənilən zaman sülh sazişini imzalamağa hazırdır. Xarici işlər naziri Ararat Mirzoyan isə sülhü tezləşdirəcək ən vacib məsələdən danışıb.
Nazir parlamentin iclasında bildirib ki, Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması üçün hüquqi problem ola bilməz.
"Bizim və ya onların (Azərbaycanın – red.) konstitusiyasının dəyişdirilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə daxil deyil", - nazir bildirib. XİN rəhbəri vurğulayıb ki, konstitusiyanın dəyişdirilməsi məsələsi Ermənistan hökumətinin daxili qərarıdır.