Logo
news content
User
Категории

Аналитика

“Bizdə icra hakimi bələdiyyənin işçisidir və…”

İki gündən sonra Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Konstitusiyaya görə mühüm səlahiyyətlərə malik yerli özünüidarəetmə orqanı olan bələdiyyə ölkədə o dərəcədə əhəmiyyətsiz qurum hesab edilir ki, çox adam bu seçkilərdən xəbər də tutmayacaq. 

Skandinaviya büromuzun rəhbəri Rahim Sadıqbəylinin İsveç şəhər bələdiyyələrindən birinin üzvü, soydaşımız Turan Əliyevlə müsahibəsini məhz indi təqdim etməkdə məqsədimiz aydındır. İzləyin və həmvətənimizə görə fəxarət hissi keçirməklə yanaşı, diqqət yetirin: cəmi 40 min əhalisi olan bir bələdiyyənin illik büdcəsi (təxminən 500.000.000 AZN!) 10 milyondan artıq əhalini əhatə edən 1606 Azərbaycan bələdiyyəsinin toplam büdcəsindən çoxdur! Və təbii ki, gördüyü işlər müqayisəyə gəlməzdir.