İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşçilərimiz tarixdə ilk dəfə 6 medal qazanaraq, komanda hesabında 2-ci yerə layiq görülüblər.

Trend-in məlumatına görə, millimizin tərkibində çıxış edən Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçiləri də yarışlarda inamla çıxış edərək biri qızıl, ikisi bürünc olmaqla 3 medal qazanıblar.

Avropa çempionatında 3-cü yer uğrunda mübarizə aparan yunan-Roma güləşçilərmiz Murad Bazarov (60kq) və Ülvi Qənizadə (72 kq) son görüşlərində qələbə qazanaraq hər ikisi yarışların bürünc medalına sahib olublar.

Mənbə