Yer kürəsi əhalisinin üçdə bir hissəsi yeni növ koronavirusa yoluxa bilər.

Trend-in məlumatına görə, bunu Florida ştatı Universiteti yanında Yoluxucu Xəstəliklərin Statistikası Mərkəzinin rəhbərlərindən biri və Ümumdünya Səhiyyə Təşkilatının eksperti Ayra Loncini deyib. O qeyd edib ki, karantinlər yalnız xəstəliyin yayılmasını yavaşladır, çünki yeni növ koronavirus bu tədbirlər alınmadan öncə Çindən kənara çıxıb.

Ekspert vurğulayır ki, hazırda hər COVID-19 koronavirusuna yoluxmuş insandan bu xəstəlik orta hesabla iki və ya üç nəfərə keçir. Bu isə Yer kürəsinin əhalisinin təxminən üçdə birinin virusa yoluxmasına gətirib çıxara bilər.

Onun sözlərinə görə, virusun yayılma sürətini iki dəfə azaldacaq üsul tapılsa belə, planetin təxminən 30 faiz əhalisi COVID-19 koronavirusuna yoluxa bilər: “İzolyasiya və karantin virusun qarşısını ala bilməz”.

Qeyd edək ki, dekabr ayının sonunda Çin hakimiyyətində Hubey əyalətinin Uhan şəhərində yeni növ koronavirusun yaylması barədə məlumat veriblər. Fevralın 11-i Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusa COVID-19 adı verib.

Çində yeni növ COVID-19 koronavirusundan ölənlərin sayı 1380 nəfərə çatıb. Ölkədə yeni növ koronavirusa yoluxanların sayı 63851 nəfərə çatıb, xəstəlikdən sağalanların sayı isə 6723 nəfər təşkil edib.

Mənbə