Bakı Dövlət Universitetində (BDU) 2019/2020-ci tədris ilinin yay məktəbi təşkil edilib. 27 iyul tarixindən fəaliyyət göstərməyə başlayan yay məktəbində dərslər həftə içi hər gün saat 09:00-dan 19:00 aralığında “Microsoft Team” platforması üzərindən onlayn olaraq keçirilir. Onlayn dərslərdə 185 fənn üzrə 970-dən çox tələbə iştirak edir. Prosesə 150-dən çox müəllim cəlb edilib. Yay məktəbi 28 avqust tarixinə kimi davam edəcək. Tələbələr nəzəri kurs biliklərini öyrəndikdən sonra imtahan verəcəklər.

Qeyd edək ki, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” haqqında qərarı əsasında həyata keçirilən yay məktəbinə tələbələrin qeydiyyatı onlayn olaraq aparılıb.