Turan:  Vətəndaş cəmiyyəti fəalları koronavirus pandemiyası ilə əlaqədar amnistiya aktının qəbul olunması barədə kampaniyaya təşəbbüs göstəriblər. irəli sürüblər.

Kampaniyaya Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli təşəbbüs göstərib. İmzaların toplanması aşağıdakı platformada aparılır://www.change.org

Vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri, siyasi fəallar bununla bağlı prezident İlham Əliyevə müraciət göndəriblər.

COVİD-19 pandemiyasının yaratdığı tibbi böhran durumu istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan insanlar üçün daha acınacaqlı fəsadlara səbəb ola bilər.

“Mövcud ağır şərait cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin həyati təhlükəsizliyi və sağlamlıq hüququnun qorunması üçün amnistiya aktının qəbul edilməsini müstəsna zərurət kimi önə çəkir”, – müraciətdə deyilir.

Penitensiar müəssisələrdə kiminsə yoluxması zəncirvari reaksiyaya səbəb ola bilər.

Müraciət müəlliflər hesab edirlər ki, amnistiya aktı və əfv fərmanı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə təqsirləndirilən və ya məhkum edilmiş şəxsləri, azadlıqdan məhrumetmə cəzasından fərqli cəza çəkən (müəyyən istisnalarla) şəxsləri, azadlıqdan şərti olaraq 3 ilə qədər müddətə məhrum edilən şəxsləri, az ağır cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi iki ildən artıq olmayan və cəzasının azı yarısını çəkmiş şəxsləri, qadınları, yetkinlik yaşına çatmayanları, müharibə veteranları və yaşı 60-dan yuxarı olan şəxsləri əhatə edə bilər.

Həmçinin qeyd olunur ki, əfv olunacaq məhbuslar sırasına yerli hüquq müdafiəçilərinin rəyləri və Avropa Şurası Parlament Assambleyasının 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə siyasi motivlərlə həbs olunmuş sayılan şəxslər də salınmalıdır.

Parlamentin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa indi amnistiyanın elan olunmasını real hesab etmir, çünki parlament yay tətilinə gedir.

Lakin bu təşəbbüsü əfv sərəncamı vasitəsilə reallaşdırmaq olar ki, bu da prezidentin müstəsna hüququdur.

“Amnistiya isə parlament tərəfindən qəbul edilir və bu uzun prosedurdur, deputatlar tərəfindən təşəbbüs göstərilməlidir, sonra komitələrdən keçməlidir, çoxlu maddələr araşdırılmalıdır, müzakirə olunmalıdır”, – F.Mustafa bildirib.

Mənbə