Logo
news content
User
Категории

Аналитика

Öyrəncəli olmaq pis şeydir

Dünən Rusiyanın “Матч ТВ” kanalı media tarixinə düşəcək bir farsın müəllifi oldu: öz ölkəsinin milyonlarla idman həvəskarını elə doladı ki, Rusiya televiziyalarının manipulyasıyalarından şikayətlənən xaricilər onların yanında yalan oldu. 

Yanvarın 5-də Ostravada (Çexiya) gənclər arasında buzüstü hokkey üzrə dünya çempionatının final oyunu idi. Finala Rusiya və Kanada milliləri çıxmışdılar. Bu iki komanda arasında yarış o dərəcədə prinsipial əhəmiyyət daşıyır ki, onu sözlə ifadə etmək çətin məsələdir. Birincilik uğrunda mübahisə əlli ildir davam edir.

Final oyununu Rusiyanın “Первый” (“Birinci”) kanalı translyasiya edirdi. Eyni zamanda ölkənin ixtisaslaşmış ümummilli idman kanalı “Матч ТВ” bu iki komanda arasında 2011-ci ildə rusların dramatik qələbəsi ilə nəticələnmiş başqa bir finalı göstərirdi. 

Dünənki oyunu 4:3 hesabı ilə kanadalılar qazandılar. Amma gerçək həyəcanla 9 il əvvəlki finalı izləyən Rusiya tamaşaçılarının böyük qismi öz komandalarının 5:3 hesabı ilə üstün gəldiyinə əmin idi. Xüsusilə gənclər bir-birlərini təbrik edir, yaşıdlarını küçələrə çağırırdılar: “Biz kanadalıları cırdıq!”, “5:3! Finalda gözəl qələbə! Haydı bayramlaşaq!” Hətta “Moskva-24” kanalı, “Lokomotiv”in yaxın keçmişdə məşhur futbolçusu Tarasov, dövlət Dumasının komitə sədri Deqtaryov da sosial şəbəkələrdə xalqa gözaydınlığı verirdi. “Дождь” (“Yağmur”) televiziya kanalının məlumatına görə, aldadılanların sayını hələ müəyyənləşdirmək lazımdır.

Həqiqətən, öyrəncəlı olmaq pis şeydir. Bizim televiziyalara şükür.

“Press Klub”