Logo
news content
User
Categories

News

“Yaxın zamanlarda görüş ola bilər” - Qriqoryan

“Yaxın zamanlarda Ermənistan və Azərbaycan nümayəndələrinin görüşü mümkündür”.

“Sputnik Ermənistan” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ müzakirə olunur.

Qriqoryan qeyd edib ki, ümumilikdə Azərbaycan ilə 4 əsas məsələ müzakirə olunur: “Bunlar humanitar məsələlər, kommunikasiyaların açılması, delimitasiya və demarkasiya məsələləridir”.