Logo
news content

Ölümcül qarşıdurma: “mehriban düşmən”lərin çətin sınağı
Türkiyə və Yunanıstan qanlı müharibədən necə yayına bildilər?

1995-ci il dekabrın 24-dən 25-ə keçən gecə Türkiyəyə məxsus “Figen Akat” quru yük gəmisi İsrailə sement apararkən Egey dənizində insan yaşamayan iki qayalığın yanında saya oturdu. Bodrum yarımadasından 3,8 dəniz mili (1 dəniz mili = 1852 metr) məsafəsində yerləşən bu iki adaya əhali İkizce deyirdi. Türkiyədə rəsmi adı Kardak, Yunanıstanda isə İmia idi, amma bu adları Türkiyədə də, Yunanıstanda da çox az adam bilirdi, hətta yüksək ranqlı dövlət məmurları da daxil olmaqla. Axı onlar Egey dənizi üzrə səpələnmiş yüzlərlə xırda adacıq və qayalıqlardan biri idilər. Amma “Figen Akat”ın xırda qəzasından sonra bu adları Türkiyədə və Yunanıstanda bilməyən qalmadı, hətta Vaşinqtonda belə bir müddət ən çox səslənən coğrafi ad oldular.

 

***

“Figen Akat”ın kapitanı gəminin mənsub olduğu şirkətlə əlaqə saxlayaraq, kömək istədi. Şirkətdən mütəxəssislər gəlib gəmini dayazdan çəkmək yolları barədə fikirləşərkən, Ankaradakı Yunanıstan səfirliyi Türkiyə xarici işlər nazirliyinə nota verdi. Sənəddə bildirilirdi ki, “Figen Akat” Yunanıstan ərazisində qəzaya uğrayıb və dəniz hüququna görə onun qurtarılmasını yunanlar həyata keçirməlidirlər. Türklər isə notanı rədd etdilər.



Bu zaman “Figen Akat”dakı mütəxəssislər yükün bir hissəsinin dənizə boşaldılmasına qərar verdilər. İş gedən vaxtı gəmiyə yunan hərbi gəmiləri yan aldı. “Figen Akat”ın göyərtəsinə qalxan hərbçilər işləri dayandırmağı əmr etdilər. Gəmiyə yaxınlaşan bir buksir “Figen Akat”ı çəkib torpaqdan qopartdı. Onu, qaydalara ...

lock icon

Yazını tam oxumaq üçün