Logo
news content

Kremldən Bakıya konsulluq “həmlə”si
Yaxud Moskvanın Bakı səfirliyi hansı işlərə yaramır?

Kreml Azərbaycanın daxilində yeni sağalmaz yara açmaq üçün əlindən gələni edir. Bunun üçün ən absurd variantları belə yoxlamağa cəhd edir. Qarabağda konsulluq açmaq ideyası da təbii ki, bu absurdlardan biridir. Moskva təmsilçiləri durmadan bu məsələni gündəmdə saxlamağa çalışırlar. Rusiya Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində bildirib ki, hazırda Azərbaycanın ərazisində, o cümlədən Qarabağda ölkənin yeni nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə müzakirə olunur. “Azərbaycan tərəfi ilə müvafiq müqavilələr bağlandığından sonra konsulluq idarəsi bununla bağlı əməli addımların atılmasına cəlb olunacaq”. O, beləcə də deyib. Rəsmi Bakı isə susmağa davam edir. Düzdü, ayrı-ayrı media platformalarında hökumətə yaxın bəzi şəxslərin bu ideyaya mənfi yanaşmasını görünür, fəqət, Kremlin rəsmi və israrlı siyasətinə qarşı bu adda-budda “atəş”lər cavab sayıla bilməz. 

“Xalqsız konsul” nümunəsi varmı? 

Siyasi təcrübədə başqa ölkələrdə xalqı olmadan diplomatik xidməti olan yeganə qurum “Malta Ordeni” hərbi cəmiyyətdir. Heç bir konkret xalqı, ərazisi və dövləti olmasa da dünyanın bir çox yerində “Malta Ordeni”nin diplomatik əlaqələri, konsulluq və səfirlikləri vardır. Onlar bu nümayəndəliklər vasitəsilə tibbi-humanitar yardımlar edirlər. Bir çoxları isə hesab edir ki, “Malta Ordeni” yaxşı düşünülmüş xüsusi xidmətdir. Fəqət bizim mövzumuz bu deyil. 

Təhlükəsizlik əsaslı təcrübə

İsrailin Qərbi Şəriədə (Fələstin əraziləri) yaşayan çox a...

lock icon

Yazını tam oxumaq üçün