Logo
news content

“Bacıma elçi gələn oğlan məni görüb, dedi bunu istəyirəm...”
Xalq artisti uşaqlıq illərindən, ağrılarından və sevgilərindən danışdı

Gənc Tamaşaçılar Teatrının səhnəsində onlarla yaddaqalan obrazları var. Mənim yaddaşıma “Pəri Cadu”da Şamama Cadu, “Romeo və Cülyetta”da dayə kimi yazılıb.  Geniş tamaşaçı kütləsinin xəyalında isə Əli Əmirlinin ssenarisi ilə Şərif Qurbanəliyevin hazırladığı “Yarımştat” teletamaşasından Tomka kimi qalıb. Söhbət Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Naibə Allahverdiyevadan gedir. 

“Nə yaxşı, içimdəki uşağı öldürə bilmədilər”

Mənim uşaqlığım olmayıb. Yəqin siz də şahidi olmusunuz, bəzən insanlar ahıl yaşlarında sevgidən acgözlüklə danışırlar. Həmin adamlar heç sevgi görməyən adamlardır, kəsirləri qalıb. Mənim də sevgi sarıdan kəsirim var. Yoldan keçəndə təsadüfən övladını əzizləyən valideyin görəndə ayaq saxlayıb, arxalarınca baxıram. İndiyə qədər sevgisizliyin acısını yaşayıram, sevgi axtarıram. Heç vaxt tam sevgini tapa bilmədim. Ola bilər, uşaqlıqdan görməmişəm və daşlaşmışam, sərtləşmişəm, ona görə nə qədər olsa da mənə azlıq edir sevgi, doymuram. Həyat məni çox vurdu, yıxdı-sürüdü, hərdən Tanrıya şükür edirəm ki, aqressivləşmədim, qəddarlaşmadım. Nə yaxşı içimdəki uşağı öldürə bilmədilər, hələ də uşaq kimiyəm. Yəqin Allahın nəzərindəyəm.   

Atamla anam ayrılanda mənim 1 yaşım olub. Atam deyirdi anana xəyanət etdim, o da məni bağışlamadı. Anam bağışlamadı, amma 20 il gözləri yolda atamın qayıdacağını gözlədi, sevdiyindən bağışlaya bilmirdi. Axırda da xəstələnib, yatağa düşdü. Dayılarım dedilər, uşaqları ver, ataları baxsın. İki bacı idik, bacım getdi atamla ögey an...

lock icon

Yazını tam oxumaq üçün