45 il sonra: inqilab davam edir...
Tehran rejimi hansı həqiqətləri dünyadan və vətəndaşlarından gizlədir?
11 Fevral 2024
Son aylar ölkə lideri ayətullah Seyid Əli Xamənei başda olmaqla, bir çox rəsmilər iqtisadiyyatın uğurlu inkişafından bəhs ediblər.
Prezident İbrahim Rəisi bildirib ki, düşmənin təzyiqləri İslam Respublikasının tərəqqisini dayandıra bilməyib. O, ilk milli tərəqqi mükafatlarının təqdimat mərasimində çıxışında deyib: “Biz İslam İnqilabının işığında böyük irəliləyişlər əldə edə bildik. Ümidin qəlblərdə canlanması, möhkəmlənməsi üçün ölkənin əldə etdiyi nailiyyətlərdən danışmaq lazımdır”. Onun sözlərinə görə, düşmənin təzyiqlərinə baxmayaraq, İranın tərəqqisi o qədər təsirli olub ki, düşmən rəsmi şəkildə İrana təzyiqin nəticəsiz qaldığını bəyan edib ki, nə müharibə (İraqla müharibəni nəzərdə tutur - S.S.), nə Xalq Mücahidləri Təşkilatının hədələri, nə də sanksiyalar ölkənin inkişafının qarşısını ala bilməyib.
Dərhal qeyd edək ki, “Mücahidlər”in hədələri ilə İranın inkişafına mane olması iddiası heç inandırıcı səslənmir. Prezident Rəisi müxalifət saydıqları bu təşkilatı gözdən salmaq üçün belə açıqlama verib. Ancaq özü də bilmədən onları təbliğ, güc olduqlarını etiraf edib. O da sirr deyil ki, yeraltı və yerüstü təbii sərvətlər, əmək ehtiyatları ilə zəngin olan İranın iqtisadi və sahələrdə inkişafının qarşısını alan mövcud hakimiyyətin yürütdüyü siyasətdir. Mövcud xarici və daxili siyasət varlı dövlətin vətəndaşlarını yoxsul hala salıb.
İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei isə ölkəsini bir sıra tanınmış dövlətlərlə müqayisə edərək, deyib: “Mən o ölkələrə səfər etməmişəm, amma məlumatlara görə, dünyanın bəzi böyük və tanınmış ölkələrində küçədə gəzən insanlar ətraf aləmdə baş verənlərə əhəmiyyət vermir, yalnız bir tikə çörək tapmağı düşünürlər”. O, İranda inflyasiya və yoxsulluq səviyyəsi artdığına görə insanların etirazlarını yersiz hesab edib.
İnformasiya əldə etmək imkanlarının geniş və əhatəli olduğu bir dövrdə vətəndaşlara belə açıqlama ilə müraciət qapalı sistemdə yaşayan sovet xalqının “qulağından asılan əriştə”ni xatırladır. O vaxtlar da “ABŞ, Avropa, Qərb dağılır”. “İmperializm çürüyüb” və s. reallığı əks etdirməyən ifadələrlə təbliğat aparılardı.
Bu yalanlar üzərində qurulan fəaliyyət sistemin öz başında çatladı.
Vətəndaşlar ölkənin əvəzedilməz sərvətidir. Onlar olmazsa dövlət olmaz. Normal ölkələrdə hakimiyyətin əsas hədəfi səsini alıb iqtidara gəldiyi vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların azadlıqlarını təmin etməkdir. Ölkəsində günü xoş keçən vətəndaş miqrasiya etməz. Daha çox qazanmaq, yaxud yeni yerləri görmək üçün miqrasiya isə kütləvi xarakter daşımır. İnsanlar güzəran problemi, işsizlik, düşüncə azadlığının təmin olunmaması, ictimai, mədəni sferalarda məhdudiyyətlərin olması səbəbindən mühacirət edirlər. Son 45 ildə İranda bu addımı atanların sayı milyonlarladır. Bu, həm də İran iqtisadiyyatına milyardlarla dollar ziyan vurlması deməkdir. Çünki həmin insanlar vergi ödəyicisi, iş adamlarıdır. Elm adamlarının ölkəni tərk etməsi isə daha faciəlidir.
“Financial Times”ın araşdırmasına əsasən, 2020-ci ilin martından 2021-ci ilin martınadək olan dövrdə İrandan inkişaf etmiş ölkələrə mühacirət edənlərin sayı 48 mindən 115 minədək artıb. BMT-nin məlumatına əsasən, 2022-ci ildə dünya üzrə sığınacaq alan İran vətəndaşlarının sayı 2021-ci illə müqayisədə 44 faiz artıb.
Hakimiyyətin yaratdığı sıxıntılı mədəni mühit səbəbindən iranlı musiqiçilər də ölkənin tərk etməyə məcbur olur.
İran Ali tibb sistemi təşkilatı şurasının üzvü Behnam Abbasian səhiyyə sahəsində inflyasiyanın 70 faizdən artıq olduğunu bildirib.
Tehran hakimiyyəti başçılarının iddiaları ilə reallıq bir-birinə qarşıdır. Bu ölkədən müxtəlif sahələr üzrə Qərb ölkələrinin vətəndaşlarının sığınacaq almasına dair bircə örnək belə yoxdur. Ancaq onların müxtəlif səbəblərə görə İranda həbs olunduğu barədə faktlar var.
İran hakimiyyəti az qala qurulduğu gündən sanksiyalara məruz qalır. Bu məhdudlaşdırıcı aksiyaları yaradan səbəbləri aradan qaldırmaqdansa, onlardan yan keçməyə üstünlük verir.
Bu günlərdə Böyük Britaniyanın “Santander UK” və “Lloyds” banklarında İranın hesabları aşkarlanıb. Hesablar İslam Respublikasının “Neft kimya kommersiya şirkəti”nə (“Petrochemical Commercial Company” - PCC) məxsus olub. ABŞ-nin Tehran hakimiyyətinə qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün Britaniya banklarında hesablar açılıb. Bildirilib ki, 2019-cu ildə krallığın “UniCredit” və “Standard Chartered” bankları İrana qarşı sanksiyalar rejimini pozduqlarına görə bir milyard dollardan çox cərimələnib. Ancaq bu sayaq “oğurluqların” üstü tez açılır.
İqtisadi cəhətdən inkişaf etməkdə olan ölkələr aparıcı banklarda hesab açırlar. Bu depozitlər dövlətə özünəməxsus şəkildə pul qazandırır. Beynəlxalq Hesablaşmalar Bankının məlumatına görə, İranın xarici banklardakı depozitləri 5,3 milyard dollar azalaraq, 12,7 milyard dollara düşüb. Məlumata görə, hesabat dövründə xarici banklara depozitin 69 faizi, yaxud 8 milyard 803 milyonu avro, 433 milyonu isə dollarla qoyulub.
Bu, İranın maliyyə vəziyyətinin göstəricisidir. Ölkəni iqtisadiyyatına sərmayə qoyanların sayı da azalır. İranın maliyyə naziri Ehsan Xanduzi “Financial Times”a bildirmişdi ki, İranda martın 22-də başa çatan 2022-ci maliyyə ilinin sonunda Rusiya bu ölkəyə qoyulan investisiyaların həcminə görə lider olub. Bu sərmayənin həcmi 2,76 milyard dollar təşkil edib. Bu, İran iqtisadiyyatına yatırılan 4,18 milyard dollarlıq bütün xarici investisiyaların demək olar ki, 2/3 hissəsidir.
Beləliklə, ayətullah Seyid Əli Xamənenin və Prezident İbrahim Rəisinin daxili auditoriya üçün nəzərdə tutulan təbliğat çıxışları həqiqəti gizlətməyə xidmət edir. 1979-cu il inqilabının 45-ci ili tamam olur. Bu ilin oktyabrında həm də yeni konstitusiyanın qəbul olunmasından da 45 il ötəcək. İnqilabın əsas şüarları “Ədalət!”, “Azadlıq!” şüarları olub. Ancaq ölkədə baş verənlərə, cəmiyyətin sosial-iqtisadi vəziyyətinə, etiraz aksiyalarına əsasən, bu tələblər təmin edilməyib. 2022-ci ilin sentyabrında başlamış, bir ildən artıq davam edən etiraz aksiyalarının əsas şüarları arasında “Ədalət” və “Azadlıq” da var idi. Odur ki, ayətullah Seyid Əli Xamənei və ölkənin başqa rəsmiləri yuxarıda örnək göstərdiyimiz çıxışları ilə həqiqəti gizlədib, insanların düşüncəsinə təsir göstərə bilməyib.
İranda 45 il öncə "Şaha ölüm!", "Rədd olsun istibdad!" şüarları indi "Xaməneiyə ölüm", "Diktatora ölüm!" şüaurları ilə əvəzlənib. İnqilab hansı tələblə başlamışdısa, onunla da davam edir. Bu, İrandakı mövcud siyasi, ictimai vəziyyətin göstəricisidir.