Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zurabişvili: "Ukrayna ilə sülh sazişində Rusiyanın Gürcüstandan da çıxması əks olunmalıdır"

Rusiyanın Ukraynaya qarşı müharibəsinin sonunda imzalanacaq sülh sazişində Kremldən Gürcüstan ərazilərinin təxminən 15 ildir davam edən işğalından əl çəkməsini tələb edən bənd olmalıdır.

Pressklub.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

“Rusiya sərhədlərinin harada olduğunu başa düşməlidir. Gürcüstanla bağlı məsələlər danışıqlar masası üzərində olmalıdır, çünki heç kim düşünməməlidir ki, Rusiyanın regiondakı bütün işğal olunmuş ərazilərindən geri çəkilmədən bu müharibə həll edilə bilər”, - dövlət başçısı bildirib.

Gürcüstan prezidenti vurğulayıb ki, Abxaziya və Şimali Osetiyanın işğalına son qoyulması Rusiya prezidenti Vladimir Putinin Ukraynada məğlubiyyətindən asılıdır və bu an yaxınlaşır.

“Rusiya müharibədə olmasa da, artıq demək olar ki, döyüşlərdə məğlub olub”, - deyə Zurabişvili bəyan edib.