Zülfüqari İsrail və ABŞ-ı hədələdi: Gözləyin
02 Aprel 2026
İran ABŞ və İsrailə qarşı fəaliyyətlərini əhəmiyyətli dərəcədə genişləndirəcək və intensivləşdirəcək.
İran mediası xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Ebrahim Zülfüqari ABŞ Prezidenti Donald Trampın "İranı daş dövrünə qaytaracağı" ilə hədələdiyi bəyanatını şərh edərkən deyib.
"Daha qətiyyətli, genişmiqyaslı və dağıdıcı hərəkətlər gözləyin", - o, müharibənin düşmənin tam alçaldılmasına qədər davam edəcəyini əlavə edib.
Onun sözlərinə görə, ABŞ və İsrailin İranın sahib olduğu hərbi güc və texnika barədə natamam təsəvvürü var.
"Düşünməyin ki, siz bizim strateji raket istehsalı mərkəzlərimizi, uzaqmənzilli və yüksək dəqiqlikli hücum pilotsuz uçuş aparatlarımızı, müasir hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərimizi və ya xüsusi avadanlıqlarımızı məhv etmisiniz", - Zülfüqari qeyd edib.