Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zəlzələnin Türkiyə iqtisadiyyatına vurduğu ziyanın məbləği açıqlanıb

Zəlzələlər üzrə mütəxəssisləri fevralın 6-da Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələnin iqtisadi zərərini 20 milyard dollardan çox qiymətləndirirlər.

Pressklub.az xəbər verir ki, eyni zamanda, Amerikanın “Verisk Analytics” şirkətinin ilkin qiymətləndirməsinə əsasən, bu məbləğin yalnız kiçik bir hissəsi - təxminən bir milyard dollar sığortalanıb.

Öz növbəsində, proqnozlara görə, təbii fəlakət Türkiyəyə ümumi daxili məhsulun (ÜDM) bir faizi qədər ziyan vuracaq. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) baş iqtisadçısı Beata Javorczyk bildirib ki, zəlzələ əsasən kənd təsərrüfatı və yüngül sənaye sahələrinə təsir edib, ona görə də digər sektorlara təsir məhduddur. Onun fikrincə, bərpa işləri bir il ərzində infrastruktur və təchizat zəncirlərinə mənfi təsiri kompensasiya edə bilər.

AYİB-dən ən çox vəsait alan Türkiyə iqtisadiyyatının cari il üçün artım proqnozu aşağı salınıb: 3,5 faizdən 3,0 faizə. Bu qiymətləndirmə hələlik fəlakətin təsirini tam nəzərə almır.

"Artan xarici maliyyə ehtiyacları və bu ilki seçkilərlə bağlı siyasi qeyri-müəyyənlik qeyri-müəyyənliyi artırıb", - AYİB bildirib.