“Zəlzələlərin dağıntılarının təmizlənilməsi aprelin 21-dək başa çatacaq” - Ərdoğan
16 Aprel 2023
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevral ayında baş vermiş silsilə zəlzələlərdən sonra Hatay istisna olmaqla, dağıntıların aradan qaldırılmasının aprelin 21-də bütün vilayətlərdə başa çatdırılacağını bildirib.
Bu barədə Pressklub.az yerli KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, hazırda fəal şəkildə zəlzələdən zərər çəkənlər üçün yeni evlərin təməli qoyulur, 100 mindən çox mənzilin və kənd evlərinin tikintisinə də başlanılıb.
"Bayrama qədər (Ramazan-red) bir neçə kənd evini zəlzələdən zərər çəkənlərə təhvil verməyi planlaşdırırıq", - Ərdoğan vurğulayıb.
O əlavə edib ki, Hataydan başqa bütün vilayətlərdə dağıntıların təmizlənməsi bayramdan əvvəl başa çatdırılacaq.