Zəlzələ süni şəkildə törədilib? - Mütəxəssis rəyini açıqladı
06 Fevral 2023
"Türkiyədə baş verən zəlzələdən sonra bəzi şəxslər ortaya bunun süni şəkildə törədilməsi ilə bağlı iddia atıblar. Lakin bu iddiaların heç bir əsası yoxdur".
Pressklub.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədə baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Q. Yetirmişli qeyd edib ki, zəlzələ tam təbii səbəbdən baş verib, geodinamik proseslərlə bağlıdır və insan faktoru yoxdur: “Biz təbii zəlzələ ilə süni zəlzələni ayıra bilirik. Harada partlayış var, harada zəlzələ olub, onu da bilirik. Bəzən olur ki, hansısa tələbata görə yataqlarda tədqiqat aparılarkən onlar partladılır. Amma Türkiyədəki bu zəlzələ geodinamik hadisələr nəticəsində baş verib”.