Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenskiyə Aİ-yə üzvlüklə bağlı sorğu vərəqəsi verilib

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenskiyə sorğu vərəqəsini təqdim edib və onun doldurulması Ukraynanı Avropa İttifaqına daxil olmasını yaxınlaşdıra bilər.

Sənəd Avropa Komissiyasına Ukraynanın Avropa İttifaqına daxil olması məsələsinin müzakirəsinə başlamaq üçün Aİ Şurasına tövsiyə etməyə imkan verəcək.

Sənəd Avropa İttifaqına tövsiyə xarakteri daşıyacaq. Avropa Komissiyasının rəhbəri sorğunu doldurmağa kömək edəcəyinə söz verib:

“Birlikdə sıx işləsək, bu mövqeyi həmişə olduğu kimi illər ərzində deyil, həftələr ərzində formalaşdırmaq mümkün olacaq”.

Zelenski sənədin bir həftə ərzində tamamlanacağına əmin edib: "Ukrayna Aİ-yə üzvlüklə bağlı sorğuya bir həftəyə cavab verəcək".

Xatırladaq ki, bir müddət əvvəl Zelenski Avropa İttifaqı Şurasının üzvləri qarşısında çıxışı zamanı Ukraynanın Aİ-yə qəbulunu gecikdirməməyə çağırmışdı, çünki Rusiya ilə müharibə fonunda bu qərar gecikə bilər.

Ukraynalılar arasında keçirilən sorğuda Aİ-yə qoşulmağa dəstək faizi 90%-i ötüb.