Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: “Ukrayna ABŞ-də növbəti prezident seçkilərinə qədər qalib gələcək”

“Ukrayna ABŞ-də 2024-cü il noyabrın 5-nə təyin edilmiş növbəti prezident seçkisinə qədər müharibədə qalib gələcək”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsi zamanı deyib.

Buna əminliyini ifadə edən Zelenski bildirib ki, hazırkı Amerika lideri Co Bayden ikinci müddətə yenidən seçilməyəcəyi təqdirdə Vaşinqtonun hərbi dəstəyini itirəcəkləri ilə bağlı qorxuları yoxdur.

Zelenski xatırladıb ki, Ukrayna indi Konqresdə ikitərəfli dəstəyə malikdir.

“Kim bilir biz harada olacağıq (seçki keçiriləndə - red.). İnanıram ki, o vaxta qədər biz qalib gələcəyik”, - deyə Ukrayna lideri qeyd edib.

O vurğulayıb ki, əks-hücum zamanı Müdafiə Qüvvələrinin irəliləyəcəyinə əmindir.

Xatırladaq ki, ABŞ-də prezident seçkisinin 2024-cü ildə keçirilməsi nəzərdə tutulur, lakin seçkiqabağı kampaniya faktiki olaraq artıq davam edir.