Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: Ukrayna 150 ədəd "Gripen" qırıcı təyyarəsi alacaq

Ukrayna və İsveç "Saab" müdafiə şirkətinin 150 ədəd "Gripen" qırıcısı təyyarəsi tədarükü barədə saziş imzalayıb.

“İnterfaks-Ukrayna” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski və İsveçin Baş naziri Ulf Kristersson birgə mətbuat konfransında bildiriblər.

Zelenskinin sözlərinə görə, Ukrayna bütün 150 "Gripen" qırıcısını almaq niyyətindədir və bunun üçün Avropa İttifaqının 90 milyard avro məbləğində kredit çərçivəsində maliyyələşdirmədən istifadə etməyi planlaşdırır.

"Bunun üçün kifayət qədər maliyyəmiz olsun, əlbəttə, biz bütün 150 qırıcını alacağıq. Artıq dediyim kimi, bu 90 milyard avroya ümid edirik. Bunu addım-addım edəcəyik", - Ukrayna Prezidenti deyib.

İsveç Baş naziri Ulf Kristersson bildirib ki, Ukrayna ilk 16 ədəd C/D modifikasiyalı "Gripen" təyyarəsini artıq 2027-ci ildə alacaq, 2030-cu ilə qədər isə daha 22 ədəd ən yeni E modifikasiyalı təyyarə tədarük ediləcək.

"Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə İsveçin Saab müdafiə şirkətinin 150 ədəd "Gripen" təyyarəsinin tədarükü barədə saziş imzaladıq. Bu, İsveç müdafiə sənayesi üçün "JAS-39 Gripen" qırıcılarının istifadəçi ailəsini genişləndirmək üçün fövqəladə bir imkandır", - Kristersson qeyd edib.

15:58

İsveç Ukraynaya ilk 16 "Gripen" qırıcısını verəcək.

“RBK-Ukrayna” xəbər verir ki, bu elan Ukrayna ilə İsveç arasında müdafiə əməkdaşlığının dərinləşdirilməsinə dair bəyannamənin imzalanması zamanı edilib.

Məlumata görə, söhbət "JAS 39 Gripen C/D" modifikasiyalarından gedir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, İsveçin yeni yardım paketindən 2 milyard avrodan çox məbləğ məhz silahlarla birlikdə təyyarələrə yönəldiləcək.

"Növbəti 10 ay ərzində ilk "Gripen"ləri almağı planlaşdırırıq. Söhbət məhz Ukrayna üçün "Gripen" eskadrilyasından gedir", - Zelenski qeyd edib.

O həmçinin qeyd edib ki, Ukrayna E seriyalı 22 yeni "Gripen" qırıcısı almaq niyyətindədir və onların tədarükü 2030-cu ilə qədər həyata keçirilə bilər.

13:56

Ukrayna və İsveç böyük müdafiə yardımı paketi və "Gripen" qırıcıları barədə qərar hazırlayır.

Bu barədə İsveçə işgüzar səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

"Biz Ukrayna üçün böyük müdafiə yardımı paketi və döyüş aviasiyamızı mütləq daha effektiv edəcək Gripen qırıcıları ilə bağlı qətiyyətli addım hazırlayırıq", - o qeyd edib.

Bununla yanaşı Zelenski əlavə edib ki, bu gün İsveç baş naziri Ulf Kristersson, həmçinin nümayəndə heyəti formatında İsveç müdafiə sənayesinin nümayəndələri ilə görüşlər planlaşdırılıb.