Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski təsdiqlədi: "F-16” qırıcıları almışıq"

Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaş ölkələrin “F-16” qırıcılarını Ukrayna ordusuna təhvil verdiyini təsdiqləyib.

Bu barədə RBC-Ukrayna” xəbər verir.

Zelenski bildirib ki, təyyarələrin qəbulu rəmzi 4 avqust - Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Günündə rəsmiləşib.

Müharibənin ilk günlərindən Ukrayna Rusiyanın hava hücumlarına müqavimət göstərir deyən Ukraynanın dövlət başçısı “F-16”larla bağlı Kiyevin müraciətini qəbul edən ölkələrə təşəkkür edib.