Zelenski Rusiyaya: "10 il müharibə apara bilərik"
18 Aprel 2022
“Kiyev Moskva ilə dialoqu müzakirə etməyə hazırdır, lakin Kremlin ultimatum şərtləri ilə belə bir söhbət mümkün deyil”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, belə bir dialoq nə qədər tez başlasa, bir o qədər az adam öləcək, lakin o, başqa variantı da istisna etməyib:
“Biz Rusiya Federasiyası ilə 10 il mübarizə apara bilərik. Rusiyanın ukraynalılara hücumları müharibəni dayandırmaq üçün Rusiya Federasiyası ilə diplomatik dialoqu çətinləşdirir”.