Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: "Rusiya ilə danışıqlardan tamamilə çıxa bilərik"

Ukrayna Rusiya ilə danışıqları tamamilə dayandıra bilər.

“RBK Ukraina” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində deyib.

“Buna səbəb əsir götürülən mülki şəxslərin və əsgərlərin öldürülməsi olacaq. Əgər Rusiya onları öldürməyə davam edəcəksə, Moskva ilə diplomatik danışıqları davam etdirə bilmərik”, - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Ukrayna lideri daha əvvəl də bu barədə danışmışdı. O buna səbəb kimi Mariupolun müdafiəçilərinin məhv edilməsini göstərmişdi.