Zelenski: Rusiya hər işğal olunan kilometrə 156 əsgər itirir
14 Fevral 2026
Rusiya Donbas istiqamətində işğal edilmiş Ukrayna ərazisinin hər kilometrinə görə 156 əsgər itirir.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında bildirib.
"Hər ay Rusiya təxminən 40 min nəfər səfərbər edir - bəzən 42-43 min. Onların heç də hamısı cəbhə xəttinə gedib çatmır. Buna görə də ümumilikdə bu il Ukraynadakı Rusiya kontingentinin sayı artmır. Ordumuz üçün vəzifə aydındır - daha çox işğalçı məhv etmək. Və konkret hədəf - ayda ən azı 50 min nəfər", - prezident bəyan edib.